Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

42-CiParalel.az-a Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)
tərəfindən verilən məlumata görə Xızı rayonunda aşkar olunmuş  Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:31 Oktyabr 2017-ci il tarixində partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 115 ədəd partlamamış hərbi sursat (PHS), 75 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 463 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 1 124 100 kv.m (112.41 ha) ərazi yoxlanılmışdır. 

Ümumiyyətlə, 59 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 43 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 13 992 ədəd partlamamış hərbi sursat (PHS), 6 074 ədəd partlamış-yanmış sursat qalıqları və 57 719 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 58 433 258 kv.m (5 843 ha) ərazi yoxlanılmışdır.

 Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.Xızı rayonunda aşkar olunmuş  Partlamamış Hərbi Sursatlar (PHS) haqqındaXızı rayonunda aşkar olunmuş  Partlamamış Hərbi Sursatlar (PHS) haqqındaXızı rayonunda aşkar olunmuş  Partlamamış Hərbi Sursatlar (PHS) haqqında