Anası öldürülən 4 yaşlı azərbaycanlı uşaq Bağdaddan Bakıya gətirildi

İraqda "İslam Dövləti”nin darmadağın edilməsindən (hələlik tam başa çatdırılmamış) sonra bütün ölkələrdə ora valideynləri tərəfindən aparılmış və ya orada doğulmuş uşaqlar məsələsini daha fəal şəkildə müzakirə etməyə başladılar. 42-CiParalel.az virtualaz.org-a istinadən xəbər verir ki, internetdə İraqdakı uşaq evlərindən birinə gətirilmiş 4 yaşlı azərbaycanlı Abdulla ilə bağlı videomaterial yayılandan dərhal sonra Azərbaycan səfirliyinin konsulu Zəbi Axundov həmin uşağın vətənə göndərilməsini təşkil etmək üçün bütün gücünü sərf edib.
Həmin uşağın bortunda olduğu təyyarə təxminən iki saat əvvəl Bakıya enib. Uşağın uçuş xərcini ölkənin Xarici İşlər Nazirliyi ödəyib. Onu vətəndə Azərbaycan hakimiyyətinin axtardığı doğmaları gözləyirlər...