• Manşet
  • 10-10-2017, 10:58
  • 163Oxunub

Ərdoğan Azərbaycana gəlir - Tarix açıqlandı

{title

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.
 
42-CiParalel.az -ın  məlumatına görə, diplomatik mənbələrdən APA-ya bildirilib ki, səfər oktyabrın 30-da baş tutacaq.
 
R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi planlaşdırılır. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.
 
Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.