Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış

{title

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 42-CiParalel.az-a verdiyi məlumata görəXızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:

 

 

18 Sentyabr 2017-ci il tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 otlaq sahəsinə və 1 həyətyanı sahəyə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 386 ədəd partlamamış hərbi sursat (PHS), 76 ədəd partlamış-yanmış mərmi qalıqları və 941 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 166 000 kv.m (16.60 ha) ərazi yoxlanılmışdır.

 

Ümumiyyətlə, 23 gün ərzində 12 ev, 45 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 28 əkin sahəsinə, 10 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 6 608 ədəd partlamamış hərbi sursat (PHS), 3 594 ədəd partlamış-yanmış sursat qalıqları və 9 476 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 36 328 738 kv.m (3 632.87 ha) ərazi yoxlanılmışdır.

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış