• Manşet
  • 16-09-2017, 10:55
  • 249Oxunub

Aşıq Ədalət Qazaxda dəfn edildi - FOTO + YENİLƏNİB

{title

Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalət (Nəsibov) dəfn edilib. 

42-CiParalel.az məlumatına görə, mərhumun cənazəsi Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb. 

13.03

Qazax şəhərində Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasimi keçirilir.

42-CiParalel.az məlumatına görə, mərhumla vida mərasimi Qazax rayon Mədəniyyət evindədir.

Mərasimdə Aşıq Ədalətin ailə üzvləri və yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edir.

Xatırladaq ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də, 78 yaşında vəfat edib.