• Manşet
  • 5-09-2017, 09:37
  • 155Oxunub

Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

 Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik (ANAMA) 42-CiParalel.az-a verdiyi məlumata görəXızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:

 

 

04 Sentyabr 2017-ci il tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 evin hamamına, 2 əkin sahəsinə, 1 otlaq sahəsinə, Bakı-Rostov dəmiryolu xəttinin kənarına, ferma ərazisinə, zeytunçuluq təsərrüfatına və partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 1 261 ədəd partlamamış hərbi sursat, 327 ədəd partlamış-yanmış mərmi qalıqları və 485 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 628 000 kv.m (62.8 ha) ərazi yoxlanılmışdır.

 

Ümumiyyətlə, 9 gün ərzində 12 ev, 40 evin həyətyanı sahəsinə, 7 ferma ərazisinə, 8 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dunkerlərinə baxış keçirilmiş, 2 747 ədəd partlamamış hərbi sursat, 2 130 ədəd partlamış-yanmış sursat qalıqları və 2 107 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 10 485 672 kv.m (1 048.57 ha) ərazi yoxlanılmışdır.

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.42-CiParalel.az