• Manşet
  • 2-09-2017, 00:14
  • 181Oxunub

Gəncə şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

ANAMA 42-CiParalel.az-a xəbər veriri ki,Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov küçəsində həyətyanı sahədə mərminin olması barədə məlumatlar daxil olmuşdur.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 4 №-li binanın həyətinə baxış keçirilmiş, 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar edilmiş, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınmış, nəticə etibarilə 50 kv.m ərazi yerüstü yoxlanılmışdır.

 

 

 

 

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 31 avqust 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 12 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 168 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Norm Sement zavodunun ərazisinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 6 807 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 4 705 367 kv.m ərazi (727 583 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.