Əhalimizə pulsuz xidmət göstəririk

- Şəhla xanım , özünüzü oxucularımıza təqdim edərdiniz?
-Mən Şəhla Məmmədova Qurban qızı
orta məktəbi qızıl medalla bitirmişəm. Baxmayaraq ki, atam iqtisadçı, anam müəllimə olubdur.
Uşaqlıq arzum həkim olmaq idi. Məktəbi bitirdiyim il Azərbaycan Dövlət Tibb Universitetinə qəbul
olunmuşam. Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Uzun müddət endikrinoloq
işləmişəm. Sənətimi bu gündə çox sevirəm.
- Hansı poliklinikda çalışmısınız?
- Uşaq poliklinikasında işləmişəm. Artıq 30 ildir ki, 18 nömrəli poliklinikada çalışıram. 3 ildirki, bu poliklinikada baş həkim vəzifəsinda çalışıram.
- Həkim deyərkən ilk olaraq nə başa düşülür?
Həkim sözü o qədər geniş məfhumdur ki, ona təkcə bir sənət kimi yox, həm də bir insan kimi, qadın kimi, ana kimi baxıram. Düzdür, proflaktikadır bizim sahəmiz. Ancaq səhhətində poblemli olan insanlar bizə müraciət edirsə, biz onları başa düşməliyik, onlara böyük səbirlə yanaşmalıyıq, problemlərinə qarşı diqqətli olmalıyıq ki, xəstə bizə inamla yanaşsın. Ona görədə həkim deyəndə, insanların keşiyində duran, hər xəstəyə ilk öncə psixoloq kimi yanaşan bir peşəkar başa düşülməlidir. Burada bir neçə amillərdə mövcuddur : savad, mülayimlik, mehribançılıq, psixoloji yanaşma, təcrübə və s.
- Sizcə, yaxşı həkim olmaq üçün yaxşı təhsil kifayətdirmi, yoxsa, başqa mühüm amillər də vardır?
-Savad olmasa, yaxşı həkim olmaq mümkün deyil. Cəmiyyətdə yaxşı həkim kimi tanınmaq tək təhsilnən bitmir. Savadin içərisində təcrübədə çox vacibdir.
- Bir çox xarici ölkələrdə həkimlər özlərini peşə riskindən sığortalayırlar. Yəni, hər hansı problem yaransa, sığorta şirkəti məsuliyyət daşıyır, xərcləri ödəməli olur. -Bizdə bu sahədə vəziyyət nə yerdədir?
- Bizi dövlət sığortalayır, həmişə qaygı göstərir.
- Dövlət sizi necə sığortalayır?
- Biz birbaşa Səhiyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyə İdarəsinə tabeyik. Hər hansı haqsızlıq baş verərsə, kimsə şikayətə gəlirsə, biq qanuni yolla onu həll edirik. Söhbət icbari sığortadan gedirsə, bizim müəssisə hələ siğortadan keçməyib. Məlumdur ki, biz dövlət müəssisəyik və dövlətində qanunvericiliklə müəyyən edilmiş tapşırıqlarını yerinə yetiririk. Əhalimizə pulsuz xidmət göstəririk. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə poliklinikada 3 aylıq kampaniya keçirilir. Biz 3 aylığa qocaları, əhalinin yaşlı nümayəndələrini, ahılları cəlb edirik, yataqda olan xəstələri isə evlərində müayinə edirik.
- Əhaliyə necə xəbərdarliq edirdiniz, onlar məlumatı haradan alırdılar?
- Aylıq bir neçə ildir ki, keçirilir və çox gözəl də qarşılanır. Bizim sahə həkimlərimiz var, sahələrə gedirlər, xəbərdarlıq edirlər. Poliklinikanın bir neçə yerində elanlar yazıb yapışdırmışıq. Sahə tibb bacıları çox gərgin işləyirlər. Əhalinin sağlam hissəsini proflaktika məqsədi ilə dəvət edirik. Biz onları müayinələrdən keçirdib ehtiyacı olanlara da müalicə təyin edirik.
Poliklinikamızda tibbi müəssələr, ali təhsilli kollecler də var. Tələbələr hamısı dəvət olunur, hətta l kürs tələbələri arasında bir sıra xəstəliklər də aşkarlandı, biz aidiyyati yerlərə məlumat verdik. Yəni, bu sahədə ciddi fəaliyyət göstəririk. Proflaktika varsa, deməli, sağlamlıq da var
- Son zamanlar bəzi xəstəliklərdə "cavanlaşma" prosesi gedir. Bunun səbəbi nədir?
- Bəli, son zamanlar gipertoniya, şəkərli diabet, bəzi onkoloji xəstəliklərin yayılması müşahidə olunur. Təbiiki, xəstəliklər içərisində birinci yerdə ürək, qan-damar sistemində cavanlaşma gedir.
- Bu xəstəliklər nədən irəli gəlir?
- İlk növbədə həyat tərzinin, qidanın təsiri var. Elmi inkişafında burada təsirini qeyd etməliyəm. İndi insanı yaşadan hər cür dərmanlar tapılır və onlar müalicə alırlar, amma bu xəstəliklərlə yaşayırlar. Qabaqlarda insanlar xəstəliyə çox tutulurdular və tez də dünyalarını dəyişirdilər. Müasir zamanda isə artıq müalicələr var. Görürsünüz, ürəkdə necə ciddi əməliyyatlar aparılır? Bir sözlə, səhiyyə sürətlə və çox güclü inkişaf edib.
- Bununla bağlı xəstəliklərdə çox yayılır...
- Bəli. Hər dövrün özünə uyğun xəstəlikləri olur. Əvvəlki dövrlərdəki o xəstəliklər hazırda yoxdur. İndi başqa bir xəstəlik peyda olub.
- Aydın məsələdir ki, onkoloji xəstəliyin sirri açılmayıb, bəs ürək-damar xəstəlikləri?
- Təbiiki, biz maariflənmə işi aparırıq , xəstələrlə tez-tez söhbətlər edirik. Zərərli vərdişlərdən uzaqlaşmalıdırlar. Məsələn, siqaret çəkməməlidirlər, spirtli içkilərə meyillilik, oturaq həyat tərzi keçirtmək, kökəlməyə, piylənməyə aludəlik və.s bunlarda sosial problemlərdi. Piyləmə şəkər xəstəliyinə, gipertoniyaya səbəb olur, ürəkdə problem yaradır ; bunların qarşısını almaq üçün ancaq əhali arasında təbliğat və maariflənmə işlərii aparılmalıdır ki, xəstə özünü necə qorumalı olduğunu bilsin.
- Şəhla xanım, bəzən həkimlər müəyyən dərman firmaları ilə çalışırlar. Bu məsələyə münasibətiniz necədir?
- Dərman firmaları ilə işləməyə münasibətim çox mənfidir. Bir sözlə, firmadan gələnləri qəti sürətdə qəbul etmirəm. Bilirsiniz, həmin firmalar tərəfindən bəzən törədilən neqatif hallar ilə üzləşirik, deyə, onları qəbul etmirəm. Buna ehtiyac görmürəm ki, şirkət gəlsin desin : - mənim belə dərmanım var. Əslində, onların xüsusi məqsədləri var ki, hər şirkət öz dərmanlarını reklam edir. Onu da deyim ki, Səhiyyə Nazirliyi həmin firmalara qəti surətdə icazə vermir.
- Poliklinikada vəziyyət necədir, problemləriniz, çətinlikləriniz nədən ibarətdir?
- Poliklinikada vəziyyət pis deyil. Hamı öz yerindədr. Mən Baş həkim kimi öz məsuliyyətimi bilirəm. Cənab nazir tərəfindən mənə etimad göstərilib və mən bu vəzifəyə təyin olunmuşam. Kollektivimiz sağlam kollektivdir. Ümumiyyətlə, poliklinikamız həmişə nümunəvi olub. Çalışıram ki, biz nümunəliyimizi saxlayaq. Yəni, qapıdan girəndən səliqə-səhmandan tutmuş, ədəb-ərkandan, münasibətdən, müalicəyə qədər biz hər şeyə nəzarət edirik.
- Xəstəxanaların yeni avadanlıqlarla təmin olunması barədə nə deyə bilərsiniz?
- Ən ucqar rayonlardan tutmuş, poliklinikalar, xəstəxanalar hamısı müasir üslubda təmirdən çıxıbdır. Bütün avadanlıqlarımız yenilənib, rentgen, uzi aparatımız çox keyfiyyətlidir, laboratoriyada bütün reaktivlərimiz və s. yerindədir. Bizim əhaliyə özəl poliklinikalardakı kimi xidmət etməyə imkanımız var. Qabaqlar özəllərə daha çox üz tuturdular. Bu gün isə axın əksinə dəyişibdir. Əslində, bir növ rəqabət də var. Kimyəvi analizlərdə edirik. Həmin həkimlərdi, burada da işləyirlər, özəldədə. Həkimlərdə savadli, təcrübəli, 5 ildən bir vaxtlı-vaxtında sertifikat almış həkimlərdir. Həkimlərdən kiminsə ixtisasını artırmasına ehtiyacı olursa, onu təkmilləşmə kurslarına göndəririk ki, təcrübəsini artırsın. Hər hansı bir anlaşılmazlıq yarananda, görürük ki, həkim xəstəyə diaqnoz qoymağa çətinlik çəkir, həkim komissiyası yiğılır, müzakirə edirik və bir qərara gəlib göndəririk stasionara , orada daha dərindən və hərtərəfli müayinə edilsin. Yəni, biz qoyan diaqnoz bir daha dəqiqliyiylə təsdiq olunur.
-Əlləri şəfalı olsun!
MEHRİBAN.M