ƏSİL AZƏRBAYCAN ZİYALISI

Akademik Aslan
Aslanov Azərbaycanda fəlsəfə elminin görkəmli nümayəndələrindən idi. Onun təşəbbüsü
ilə
Bakı Dövlət Universitetində "Estetika
kafedrası" yaradıldı. O, uzun illər bu kafedranın rəhbəri vəzifəsində
çalışdı.
Estetika sahəsində gənc alimlərin yetişməsinə
xidmət göstərdi. O dövrdə qədim yunan filosofu Aristotelin "Poetika"
əsərini tərcümə etdi. Bundan başqa, fransız
maarifçi mütəfəkkiri Didronun "Ramonun qardaşı oğlu" əsərini tərcümə
etdi.
Aslan müəllim eyni zamanda nəğməkar şair kimi
tanınırdı. Onun "Lalələr" şeirini böyük müğənnimiz Rəşid behbudov
xüsusi
məharətlə səsləndirirdi.
Poeziya sahəsində Tvardovskinin
"Vasiliy Tyorkin" poemasını uğurla dilimizə çevirdi. Alman şairi
Hötenin yaradıcılığından
parçalar tərcümə etdi.
Aslan müəllim uzun müddət Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetinin rektoru oldu. Akademiyanın Fəlsəfə İnstitutunun
direktoru vəzifəsində çalışdı.
Aslan müəllim təbiətən xeyirxah ziyalı şəxsiyyət
idi. Mən onun rektor olduğu Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutuna
vaxtaşırı
onunla görüşmək üçün gedirdim. Çox vaxt ona işi
düşən adamlar mənə müraciət edirdilər. Onda deyirdim: "Mən xahişinizi yerə
salmaq istəmirəm;
ancaq Allah eləsin ki, onun şair tərəfinə rast gələk".
Onda Aslan müəllim həddən artıq mülayim olurdu. İnzibatçı kimi bəzən sərtliyi də
var idi. Mən
onunla yaradıcılıq əməkdaşlığı edirdim. Ailəvi
dost idik. Həyat yoldaşı Lena xanım qonaqsevər və mehriban qadın idi.
Aslan müəllim Ağstafada böyüdüyündən
sazı-sözü çox sevirdi. Aşıq Kamandar ilə dost idi.
Aslan müəllim haqqında xoş sözləri yetərin
qədər davam etdirmək olar. Onun həmkarları arasında çoxlu xeyirxahları var. Bir
sözlə Aslan Aslanov
mehriban təbiətli Azərbaycan ziyalısı idi. Allah
ona rəhmət eləsin!
Camal Mustafayev
Əməkdar elm xadimi, Professor, Fəlsəfə elmləri
doktoru.
Mehriban Məmmədzadə