POETİK DÜŞÜNCƏLİ MÜTƏFƏKKİR

{title

POETİK DÜŞÜNCƏLİ MÜTƏFƏKKİR

 

Elm və poeziyanın xəmirini istedadın, zəhmətin açıq alnından süzülən tər ilə eyni təhnədə yoğurub, idrakın, hiss və duyğuların çatılmış tonqalından köz kimi qızaran yaradıcılıq təndirində bişirməsən sənət kündəsinin küt getməsi, çiy çıxması gözlənilən sonluq, məntiqəuyğun nəticədir. Böyük sənətkarların əsərlərində bu iki qütb – elmi və bədii düşüncənin vəhdəti mütləq hakimdir və sə­nətin estetikasına, qüdrətinə və mükəmməlliyinə xidmət edir. Şair, filosof Aslan Aslanovun elmi və bədii yaradıcılığında olduğu kimi...

Uzun illər Azər­bay­can Dövlət İncəsənət İnstitutunun rektoru (1977-1987), Fəlsəfə və Hüquq İnsti­tutunun direktoru, Respublika EA Fəlsəfə, Hüquq və İqti­sadi Elmlər bölmə­sinin akademik katibi (1987-1995) və b. yüksək vəzifələrdə fəaliy­yət göstərən fəlsəfə elmləri doktoru, professor, akademik Aslan Məmməd oğlu Aslanov (1926-1995) yaradıcılığında elmi və poeziyanı birləşdirən görkəmli mütəfəkkir­ləri­mizdən biridir. O, bədii yaradıcılığa şeirlə gəlmiş, "Səni düşünürəm” adlı ilk poetik toplusu 1958-ci ildə işıq üzü görmüşdür. Sonralar Aslan müəllimin "Qızlar və bənövşələr” (1961), "Nəğməli günlərim” (1985) adlı şeir və poemaları nəşr edilib sözlərinə çoxsaylı mahnılar bəstələnsə də, daha çox filosof-alim kimi tanınıb, elmə, fəlsəfəyə, estetik mahiyyətə və prinsiplərə ömrünün sonu­nadək sadiq qalıb. Onun "İncəsənət və tərbiyə” (1967), "...Estetikanın əsasları” (1979), "Este­tika aləmində” (1987) və b. monoqrafiyaları, kitabları gözəlliyin hərtərəfli dərkində və dəyərlən­dirilməsində, estetik zövqün ovxarlanmasında, nəzəri düşüncənin genişmiq­yas­lılığında mühüm rol oynamışdır. Ümumiyyətlə, akademik Aslan Aslanovu sovet ideologiyasına meyillilikdə qınayanlara demək istəyirəm ki, milli sənətkarların sovet dövrü yaradıcılığını qiymətləndirərkən tələsməyin, çünki hər bir cümlənin, sətirin altında gizli bir xəzinə var...

Şair, mütəfəkkir Aslan Aslanovla ilk qiyabi tanışlığım 1970-illərin əvvəllərində onun sözlərinə yazılmış "Lalələr” mahnı­sından başladı. Telman Hacıyevin bəstələdiyi, dünya şöhrətli müğənni Rəşid Behbudovun ifa etdiyi məşhur "Lalələr”i kim eşitməyib?

Yazın əvvəlində, Gəncə çölündə,

Çıxıblar yenə də, dizə lalələr.

Yağışdan islanan yarpaqlarını,

Səriblər dərəyə, düzə lalələr.

Şair ilk baxışdan bənzərsiz poetik lövhələrlə diqqətimizi yalnız köz kimi alışıb-yanan, şölə saçan lalələrin al-əlvan mənzərəsinə deyil, fikrin alt qatına çəkir, uzun onilliklər adının, mənəvi simasının haqsız, ədalətsiz repressiyaya məruz qalaraq dəyişdirilib Kirovabad qoyulan qədim bir şəhərin, zəngin mədə­niyyət mərkəzinin Gəncə olduğunu vurğulamaqla sovet rejiminin mənəvi dəyərlərə qarşı təzyiq və təpkilərinin tüğyan etdiyi bir mühitdə ovqa­tımızı milli ruha, özünəqayıdışa  kök­ləyirdi. Müəllif "Lalələr” şeirinin ilk misrasında Gəncə adını təsadüfən vurğulamır, hecanı və bölgünü pozmadan bu sözün əvəzinə çox rahatlıqla Qazax, Şəmkir və ya digər bölgə, yer adları da işlədə bilərdi. Məlumdur ki, Sovet rejimi dövründə Gəncə milli istiqlal rəmzi, azadlıq, müstəqillik simvolu idi. Cümhuriyyətimizin ilk paytaxtının adı yasaq olunduğu dövrdə belə bir mahnının cəmiy­yət üçün emosional təsiri, mənəvi gücü­ və milli ruhun oyanışına xidməti intəhasız dərəcədə böyük idi.

Meylim üzündəki qara xaldadır,

Hicranın əlacı ilk vüsaldadır.

Nə vaxtdır Aslanın gözü yoldadır,

Bir qonaq gələsiz bizə lalələr.

Bu mahnının mətni göründüyündən daha fəlsəfi, daha dərin məna qat­larına malikdir. Birinci misradakı "meyil” sözü ərəb mənşəlidi və mənası "əyilmək” deməkdir. Şübhəsiz ki, lalənin üzündə qara xal mövcuddur, amma müəllif əyilməyinin səbəbi kimi Gəncənin üzündəki, qara xala, qara ləkəyə işarə edir. Bu ləkə "Kirovabad” adıdır. Bu adı və onu rəmzləndirən rejimi qara ləkə kimi silmədən ilk vüsala – 28 may istiqlalına qovuşmaq, müstəqillik həsrətinə, hicrana əlac tapmaq mümkünsüzdür. Çünki, "Nə vaxtdır aşiqin (hürriyyət, istiqlal aşiq­lərinin –A.R.) gözü yoldadır”... Müəllif azadlıq, istiqlal rəmzi kimi təqdim etdiyi lalələr barədə arzusunu, istəyini şeirinin son misrasında açıq bildirir: "Bir qonaq gələsiz bizə lalələr”... Poetik məntiq düşünməyə və belə bir qənaəti bölüş­məyə imkan verir ki, müəllif rəmzləndirdiyi "Lalələr”i vətənə, Azərbaycana müvəqqəti yox, daimi, əbədi, həmişəlik dəvət edir. Sual oluna bilər ki, Aslan Aslanov sovet rejiminin qadağalarına rəğmən qəlbinin dərinliyində bəslədiyi, süslədiyi istiqlal düşüncələrini niyə məhz lalə obrazında təcəssüm etdirmişdir? Çünki "lalə” kəlməsi qədim və müqəddəs rəmzi anlam daşıyır. Ərəb əlifbası ilə lalə (ﻻ ﻟﻪ) vəAllah () sözləri eyni hərflərdən və əbcəd hesabı ilə bərabər rəqəm­lərdən (66) ibarətdir. Sufi mütəfəkkirlər bu məqamı "Yaradanın yaratdığında təcəlla tapması” kimi də dəyərləndirirlər (Digər baxımdan "lalə” (ﻻ ﻟﻪ) sözü soldan sağa hilal  (ل ﻫﻼ) oxunur və aypara mənasını daşıyan bu nişan qədim türkçülüyün emblemidir. Türkiyə tarixinin "Lalə dövrü” (1718-1730) mənəvi-fəlsəfi düşüncəyə dayalı dünya­görüş­dür. Azadlığı, müstəqilliyi simvollaşdıran lalə təsviri qədim  Azərbaycan sənət­kar­lı­ğında, o cümlədən Şəki Xan Sarayının divar rəsmlərində yer alması təsadüfi deyil­dir – A.R.).

Allah və lalə məfhumlarının qudsallığı, mənəvi və rəmzi tellərlə sıx bağlılığı istiqlalın, azadlığın insanlara göndərilən Tanrı müjdəsi olduğuna gizli bir işarədir və "Lalələr” şeirində milli müstəqillik məfkurəsinə müəllifin mailliyi mahnı mətni­nin sətiraltı mahiyyətində, ruhunda təcəlla tapmışdır.

***

Bu sevilən, şux mahnı ailəmizin dəfələrlə "qonağı” olub, sevinc, toy-bayram əhval-ruhiyyəsi yaradıb. Bir gün də"Lalə­lər”in müəllifi, Aslan müəllim yaxın dostları ilə evimizə qonaq gəlib... Daha dəqiq desəm – 1993-cü il iyul ayının 9-u idi. O vaxt AMEA Nizami adına Ədəbiyyat İnstitutunun İçəri Şəhərdə yerləşən Folklor Elmi-Mədəni Mərkəzinin (indiki Folklor İnstitutunun – A.R.) direktoru idim. İş yerim şair Əhməd Elbrusun evi ilə üzbəüz olduğundan onunla tez-tez görüşürdük. Həmin gün səhər Elbrus müəllim gəlib, salam-kəlamdan sonra mənim gənclik dostum Səfər Nəbiyevin əhvalını soruşdu. Dedim ki, dünən ona evlərində başçəkdim, futbol oynayanda zədə alıb, ayağını gipsə salıblar... Çox təəssüfləndi, elə həmin gün axşam onu yoxlamağın zəruriliyini vurğuladı, hətta dostlarla – akademik Aslan Aslanov, Xəlil Rza Ulutürk, Rəfiq Zəka Xəndan və b. ilə birlikdə getməyi təklif etdi. "Yaxşı olar” – desəm də, belə yüksək tərkibli nümayəndə heyətinin Həmkarlar sahəsində çalışan, ixtisasca iqtisadçı olan Səfərlə görüşə gedəcəyinə inamım çox az idi. Səfəri heç Elbrus müəllim də yaxşı tanımırdı... cəmi iki dəfə Səfər mənim iş yerimə gələndə onunla görüşmüş, hər görüş də qonaqlıqla nəticələnmişdir. Etiraf edim ki, bu təmaslar onları xeyli yaxınlaşdırmışdı. Hər görəndə Elbrus müəllim Səfəri, Səfər də Elbrus müəllimi məndən soruşurdu... Əhməd Elbrusun amiranə səsi məni xəyaldan ayırdı: - Zəng vurub Səfərə deyərsən ki, axşam ona başçəkməyə gələcəyik – deyib xudahafizləşdi. Səfərin mənzilində telefon olmadığından bütün digər cəhdlərim uğursuzluqla nəticələndi. Axşam saat 6-da Əhməd Elbrus iş otağıma zəng edərək məni AMEA Rəyasət Heyətinin binasında gözlədiklərini bildirdi. Doğrusu məsələnin bu qədər ciddiliyini düşünmürdüm. AMEA Fəlsəfə, Hüquq və İqti­sadi Elmlər bölmə­sinin akademik katibliyində El­brus müəllim məni akademik Aslan Aslanovla tanış etdi. Görüş üçün Xəlil Rza Ulutürk, Rəfiq Zəka Xəndan, Türkiyəli araşdırmaçı Йусиф Эядикли, tədqiqatçı Елшян Ябдцлщясянли də hazır idi. İlk baxışdan mənə elə gəldi ki, Əhməd Elbrus görüşün məramını, xəstəyə başçəkəcəyimizi heç kimə deməyib. Ən azı bu hiss ümumi əhval-ruhiyyəyə əsaslanırdı. Əhmədliyə yola düşməzdən öncə Elbrus müəllim məni kənara çəkib,  ürəyinə daman narahatçılığa son qoymaq üçün bir daha soruşdu:

 Deyirsən Səfər mütləq evdə olacaq?

 Ayağı gipsli adam hara gedə bilər?

 Birdən olmadı?

Əhməd Elbrusun öncəgörücülüyündən məlumatım var idi, amma, buna rəğmən Səfərin evdə olaca­ğına əminliyimi bildirdim. Çünki, bir gün əvvəlki görüşümüzdə onun harasa getmək niyyəti yox idi.

Beləliklə, avtomobillərimiz Əhmədlidə Səfər Nəbiyevin yaşadığı doqquzmərtə­bəli binanın bloku qarşısında dayandı. Maşından düşən böyük alim və şairlərimizi burada yaşayanlar yüksək sevgi və çoşqu ilə qarşıladı. Elbrus müəllimin təklifi ilə mən 3-cü mərtəbəyə - Səfərin mənzilinə qalxıb, qonaqların gəlişini xəbər verməli idim. Pilləkənləri qalxarkən dostumun qonşusu ilə üz-üzə gəldim. Qısa dialoqumuz oldu:

Səfər evdədirmi?

Yox, Lənkərandan bir dostu gəlib, ailəlikcə İsti suya apardı.

Tutulduğumu görüb evə dəvət etsə də, razılaşmayıb geri qayıtdım. Bu xəbəri qapıda gözləyən qonaqlara çatdırmağın nə qədər ağır olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Əhməd Elbrus üzümdəki cizgilərdən ürəyinə daman narahat­çı­lığın gerçək­liyə çevrildiyini birinci duydu. Dünya yaranandan indiyə­dək aktual­lığını heç vaxt itirməyən bir sualla hamı üzümə baxdı: - Nə etməli? Bu suala uzun oniliklər Əhmədlidə yaşayan bir sakin kimi qürurla cavab verdim: - Bizim evə gedə­yin, buradan çox da uzaqda deyil. İndiyədək nə bizim mənzil, nə də bizim bina Sizin kimi yüksək titullu qonaqları qarşılamayıb. Bu sevinci bizdən əsirgə­məyin...

Etiraf edim ki, təklifim hamının ürəyincə oldu. Bəlkə də, onları mən qonaq dəvət etsəydim "vaxt tapmaq” müşkülə çeviriləcədi. Evimizdə yeddinəfərlik qonaq­lıq üçün geniş süfrə açıldı... Bundan da geniş və zəngini söz, düşüncə süfrəsi oldu. Söz söyləmək üçün elə bil hamının köksü qabarmışdı. Öncədən duyduğum məz­munlu söhbətləri diktafon yazmaq təşəbbüsümə əvvəlcə etiraz olsa da, Xəlil Rza Ulutürkün hökmlü səsi, qəti qərarı ilə icazə verildi. Məclisdə təqdimat xarakterli ilk söz Rəfiq Zəka Xəndana verildi. O dedi: "Bu gün bizim gənc alim, gözəl insan, ömrünü M.Rəsulzadəyə bağlayan və Türkiyə təəssüratı ilə türk oğlu türk kimi çağlayan Asif Rüstəmlinin ocağındayıq, evindəyik. Bu məclisdə bizim ustadımız Aslan Alp Arslan oturmuş. Məlum və məşhur şair, mücahid Xəlil Rza Ulutürk oturmuş. Türkiyədən gələn qardaşımız, böyük alim, böyük araşdırmacı  Yusif Gədikli oturmuş. Orijinal şair, orijinal  alim, orijinal insan Əhməd Elbrus buradadır. Aslan bəyin ən çox sevdiyi qardaşı Muğbil (Aslan müəllimin sürücüsü –A.R) buradadır, Elşən Əbdülhəsənli buradadır ki, o da, ömrünü türk ədəbiyyatı yolunda qoymuş, türk ədəbiyyatından, türk dilindən dərs demiş, Hüseyn Baykaranın kitabını bu yaxınlarda Azərbaycan türklərinə sunmuş bir oğul oturmuş burada.

Mən bizim dahi şairimiz Xəlil Rza Ulutürkə yazdığım, 1990-cı ildə yazdığım və keçən il "Seçilmiş əsərlərim"ə saldığım, eyni zamanda "Xəlil, hey" kitabında gedən Xəlil Rzanın özünün "Davam edir 37” kitabında yer alan bir şeirimi oxumaq istəyirəm:

Şair, vatanın bağrı yarılmış,

Lakin nə fəğan et, nə də ağla.

Kurtlar, çalağanlarla sarılmış

Şimşək kibi, vulkan kibi çağla

 

Oldun can Azərbaycana qurban

Kurt azmini, kurt aşkini bildir.

Bildir ki, alevlerkibi çarpan,

Zindanda Rzaoğlu Xəlildir.

 

Ərdəmli igid, şanlıigidsin,

Duy aşkınıyurtdaşlar içində.

Sən ölmeyecekcanlı şehidsin,

Türk övkeli, türkdaşlariçində!

 

Andınla, inancınla, adınla,

Hər türküsüşimşək dolutürksən!

Yüksəl, sanalayiq soyadınla,

Aşkın Atatürkdü, Ulutürksən.

 

Etsin yağılarqoy sənisürgün,

Kurtlar doludağlar dumanolsun.

Türk millətininşairi birgün,

Türk dastanınakahraman olsun.42-CiParalel.Az

 

 

 

 

 

                                                                                         Asif Rüstəmli

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun

 şöbə müdiri, filologiya elmləri doktoru, professor