Həyat da bir nağıldır

- "Salatın” adı çəkilndə hamımızın təsvvüründə ilk olaraq cəsur bir Milli Qəhrəman-Salatın Əsgərova canlanır. Siz bu adın ağırlığını, məsuliyyətini nə vaxtsa öz üzərinizdə hiss etmisinizmi?
-Elə şey olar ki, hiss etməyim. Hərdən elə olur ki, Salatın deyəndə Salatının qohumları ilə tədbirlərdə rastlaşanda, haradasa görəndə, o qədər pis təsirlənirəm...Onların gözündən uzaq durmağa çalışıram... Salatın qızını gözləyən ananın-gözü yolda qalıb. Özümü haradasa günahkarmı deyim, borclumu deyim, hesab edirəm. Salatın qorxmadan, çəkinmədən cəsarətnən düşmən qabağına getdi və şəhid oldu. Amma mən haradasa geri çəkilmək istəyirəm. Mənim də adım Salatındır axı. Mən onun kimi olmalıydım, ancaq mən müharibəyə getmədim. Hərdən qəlbimdən hisslər gəlir-keçir, bilmirəm peşmançılıq, nigarançılıq hər adamın başına gələ bilər. Ana övladını itirib. Ananın övlad itirməsi çox böyük dərdir. Bir var ki, öz əcəli ilə ölsün, bir də var ki, getsin düşmən gülləsinə tuş gəlsin, şəhid olsun. Salatın şəhid oldu. Ancaq onu bütün Azərbaycan yad edir. Hamı onu özünə doğma bilir. Adımın Salatın olması ilə fəxr edirəm.
-Bəlkə, buda əcəldir. Alın yazısıdır?
-Doğurdan da insanın taleyi əvəlcədən yazılır. Alın yazısına mən inanıram.
-Yaradıcılığınızda xalqımızın məruz qaldığı erməni vəhşiliklərini böyük canyanğısı ilə qələmə almısınız. Bu, daha çox vətən, xalq sevgisi ilə bağlıdır, yoxsa yüksək səviyyəli yazıçılığın göstəricisidir?
-Bu birinci növbədə vətənə
olan məhəbbətdən irəli gəlir. İnsan vətənini , torpağını sevməsə, ürəyində o nisgil,
qubar yaranmırsa, o cür alınmaz, hissiz yazılan, səmimiyyətdən uzaq olan yazılara
oxucular inanmaz. Məhəbbət anaya, torpağa, yaxınlarına, əzizlərinə aid olur. Mən
Qarabağ savaşından, Xocalı soyqrımından yazmışam. Doğurdan da dəhşətdir. Xocalı
soyqrımında nə qədər şəhid olub - qocalar, uşaqlar həlak olublar. Nə qədər vətəndaşlarımızı
ermənilər girov aparıblar. Əli silahsız dinc sakinləri əsir götürüblər.
Əsl faciə budur. Bilirik ki, o əsirlərin
başına nələr gətirirlər. Onları fikirləşəndə adam vahimələnir, dəhşətə gəlir.
-Salatın xanım, bu hadisə birinci dəfə deyil xalqiımızın başına gəlir. Bəs niyə unuduruq?
Çünki, ürəyimiz saf və təmizdir. Kinimiz, paxıllığımız yoxdur. Erməni orta məktəbdə uşaqlara lövhədə şəkil çəkib başa salır ki, bu türkdür. Türk sənin əbədi düşmənindir. Amma biz belə şeyləri başa salmırdıq. Hələ X1X əsrdə İrandan, Livandan köçən ermənilərə biz özümüz yurd-yuva verdik. Biz özümüz onlara torpaq, sığınacaq verdik. Süfrəmizin başında otuzdurduq. Məlum oldu ki, buynuzları içəridəymiş. Əslində, belə baxanda sadə xalqda o qədərdə günah yoxdur. Günah onların siyyasətbazlarındadır, diasporasındadır. Onlar camaatı yerindən oynadırdı. "Böyük Ermənistan” yaradırıq,- deyə, onları ayağa qalxmağa sövq edirlər. Ayağa qaldırmağı bacarırlar. Bəyəm, indi onlar yaxşı yaşayırlar? Pis güzəran, müharibənin səfalətinə dözməyən ermənilər xarici ölkələrə mühacirət edirlər. Orada cəmisi iki milyon erməni qalıb, ya qalmayıb.
-Sizcə, yazıçılarımız, elm adamlarımız Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün əllərindən gələni edirlərmi?
- Əlbəttə, yazarlarımız öz qələmlərini süngüyə döndəriblər. Gücləri çatan qədər əllərindən gələni edirlər. Amma bizim hamımıza məlumdur ki, dünyada ikili standrtlar var. Dinləri eyni olan ermənilərə arxa-dayaq olub onları müdafiə edirlər. Ermənilərin əks-təbliğatına inanaraq Azərbaycan əhalisinin ermənilər tərəfindən yaradılan "vəhşi” obrazına inanırlar. Yaxşı ki , biz müsəlmanıq. Əsas aparıcı dövlətlərin çoxusu xaçpərəst dövlətidir. Onların diasporası çox güclü inkişaf edib, güclü iş görür. Bizim olan həqiqətləri öz adlarına çıxırlar. Bunun dəfələrlə şahidi olmuşuq. Şəkillər olub, sərgilər olub, kitablar yazılıb, öz adlarına çıxıblar ki, görürsünüz, Azərbaycanda necə vəhşiliklər törədilib. Sumqayıt hadisələrində əgər hər yerdə , hətta damların üstündə belə xatırlayirsınızsa, necə olub ki, qabaqcadan kameralar quraşdırılıb erməni əhalisinin öz erməniləri tərəfindən öldürülməsi kameraların yaddaşına yazılırdır.Az keçmədi ki, bundan bütün dünya xəbər tutdu. Bütün bunlar hamısı məqsədli, qərəzli şəkildə qabaqcadan hazırlanmış bir ssenari üzrə işlənmiş və həyata keçirilmişdi.
-Bildiyimiz kimi, siz sabiq metropoliten rəhbəri Tağı Əhmədovun həyat yoldaşısınız. Tağı müəllim sizə uğurlarınızda nə cür köməkliklər göstərib?
-Bəzən deyirlər ki, hər güclü kişinin arxasında güclü qadın durur. Məndə belədə deyə bilərəm ki, hər bir güclü qadının arxasında güclü dayaq var, güclü əl var. Oda onun həyat yoldaşıdır. Əlbəttə, o, mənə kömək eləməsə, mən nə iş görə bilərəm ki? Onun köməyi çox olub. Maddi və mənəvi cəhətdən mənim yaradıcılığıma dəstək olub.Yaradıcılığıma heç vaxt mane olmayıb. Özüdə şair qəlbli insandır.
-Yaradıcılıq qabiliyyətinizin olduğunu kim kəşf etdi və onda neçə yaşınız var idi?
-Əslində , istəyirəm uzaqdan başlayam. Mənim anam özü sinədəftər bir el ağbirçəyi idi. O, dayanmadan nə qədər bayatılar , tapmacalar deyirdi. Nə qədər nağıllar söyləyirdi. Qış axşamlarını səbirsizliklə gözləyirdik ki, anamız bizə bayatı, nağıl söyləyəcək. Hərdən mənə sual verirlər ki, uşaqlarda vətənpərvərlik duyğularını necə oyatmaq, yüksəltmək olar? Mən deyirəm ki, indiki gənclərimiz nə nağıl, nə bayatı, nə dastanlar oxumurlar, onlarınkı nədir? Bir internet və telefonda mesajlaşmaq. Nənə-babalarımız da indi çox müasirləşiblər. İndi heç kim nəvələrinə qəhrəmanlıq dolu nağıllarımızı danışmır.Uşaqları uşaq ikən qəhrəmanlıq, vətənpərvərlik ruhunda istiqamətləndirməli, tərbiyə verməliyik .Hər bir gənc artıq formalaşanda onun özündə bir Koroğlu gücü, Babək üsyankarlığı ,Qaçaq Kərəm mərdliyi, ədalətsizliyə boyun əyməmək ruhu olmalıdır.Onda vətən basılmaz. İnsanda birinci ruh olmalıdır.
-Salatın xanım, bayatıdan söz düşmüşkən, etiraf edin, siz nəvələrinizə o, bayatılardan, nağıllardan, tapmacalardan söyləyirsinizmi?
-Uşaqlarıma vaxtım çatmayıb, amma nəvələrimə demişəm. Elə bilirəm ki, nənə, baba yanında böyüyən uşaqlarda vətənpərvərlik hissi dahada yüksək olur. Çünki, ata, ana işə gedir, vaxtı olmur. Nənə, baba nə qədər olmasada, onlara öyüd nəsiyət verirlər. Keçdiyi həyat təcrübəsindən onlara danışırlar. Onların gözünü açmağa çalışırlar. Amma indi ki, uşaqlarınkı dediyim kimi, telefondur. Beş, altı nəfər gənc bir yerə yığışsada, heç kəs bir-biri ilə söhbət etmək istəmir, ancaq talefonla mesajlaşırlar, oynayırlar və.s. Bizim vaxtımızda Koroğlu dastanından danışırdılar. Fikirləşirdik ki, deməli, oğlanlarımız ancaq Koroğlu kimi olmalıdırlar. Sonra gözəllikdə Nigara, qoçaqlıqda Həcərə çəkək. Bəlkədə məni qınayan olar ki, indi nağıllar vaxtı deyil. Hər halda, bun- un özünün də çox böyük tərbiyəvi əhəmiyəti var. Belə əsərləri oxumaq lazımdır. Uşaqlıqdan bu ruhda böyümək vacibdir.
-Həyyatın özünü nağıl adlandırmaq olar?
-Nağıllardakı həyatında sərt üzü, xoş üzü, çətinlikləri, enişi, yoxuşu var. Həyat da bir nağıldır, həyat da bir ömürdür.
-Ağstafaya, uşağlığınızın keçdiyi yerlərə tez-tez gedə bilirsinizmi? O vaxtların ən çox hansı xatirələri yadınıza düşür?
- Vaxt tapdıqca gedirəm.Allah həmişə yolumuzu xeyir işlərə salsın,yasa,toya-düyünə gedirəm.Adam yaşlandıqca o doğma yerlər üçün burnunun ucu göynəyir.Getmək,görmək uşaqlığın keçdiyi o yerlərin xatirəsini bir də yaşamaq istəyirsən.Əzizlərimin qəbrləri oradadır.Onların ziyarətinə getmək istəyirsən.Göz işlədikcə uzanan yaşıl düzləri,meşəli bağları bir də görmək istəyirsən.Bəzən illər,qayğılar o qədər çox olurki, buna imkan tapa bilmirsən.Qalırsan xatirələr içində çabalaya-çabalaya.Kəndin doğma adamlarının üzündə bir mehribanlıq,bir xeyirxahlıq,məsumluq görəndə adamın özü də saflaşır,mehribanlaşır,sadələşir,bütün qayğılardan,problemlərdən bir anlıq da olsa uzaqlaşır.Kəndin gülünü-çiçəyini,otunu-yarpağını unutmaq olarmı?Ancaq bir şey məni həmişə kədərləndirir.İndi kənd də şəhər kimi bazardan asılı qalıb.Əkib-biçmək əvəzinə üzünü bazara tutur.Bəlkə də onların problemini həll etsələr,kənd camaatı özünə bir gün –güzəran düzəldər.Kənd dövlət dotasiyasından imtina etməli,əkib-becərməli,özünü yaşatmağa qadir olmalıdır. Bilirsiniz , bizimki, yalnız oxumaq idi. Dərsə get, dərs hazırla! Və əlavə kitablar oxuyurduq. Bağa gedirdik, orada ən gözəl meyvələrdən dərib yeyirdik. Çox maraqlı idi...
-Kitabdan söz düşmüşkən, inidiki gənclərin kitab oxumağa meyilləri azdır. Bu nədən irəli gəlir?
-İnternet, telefon. Hərdən görürsən ki, adamın özüdə alüdə olur, birdə görürsənki, bir saatın sürətlə keçıb. O, bir saatın yerinə nəsə bir balaca yazı da yazmaq və bu kitabdan bir əlli səhifədə oxumaq olardı.
-Yazıçı olmaq istəyən, yaradıcılığa meyilli gənclərimizə nə kimi tövsiyylər verərdiniz?
-Onlara tövsiyəm odur ki, çox oxuyub, çox mütaliə etsinlər. Mütəliə çox söz deməkdir. Çox mütaliə etsələr, onların yazma qabiliyyəti, daha da çoxalar. Birdə ki, yazını sona vurandan sonra yazdıqlarını yaşlı insanlara, yaşlı yazıçılara, şairlərə göstərməlidirlər ki, onlar gənclərə iradlarını bildirsinlər. Böyük redaktiyə bəzən çox böyük də eytiyac duyulur.Gərək insan ömrünün axırınadək daim oxusun,öyrənsin,özündən razı,müştəbeh olmasın.Öz üzərində çalışsın,vaxtını boş yerə sərf etməsin,ondan səmərəli istifadə etsin.İngilis yazıçısı Lenniell Riçardson vaxtı parça ilə müqayisə edib deyirdi:”Vaxt elə bir parçadır ki, ondan həyatımız biçilir”.Tomas Edissona görə,dahiliyin,yazarlarınn 99 faizi zəhmət, 1 faizini isə istedad təşkil edir.Mən yaradıcılığa başlayan gənclərə səbr,mətanət,dözüm və uğurlar arzulayıram.
Mehriban Məmmədzadə