2017-ci il Azərbaycan boksçuları üçün yeni bir imtahan ili olacaqdır

-Ağacan müəllim, dünya çempionatı kimi nüfuzlu yarışda idmançılarımızın nəticə qazanmasını ölkəmizdə gənc boksçular nəslinin yetişməsinin göstəricisi hesab etmək olarmı?
- Əlbəttə, hər hansı bir idman növünün inkişaf edib dünya səviyyəsinə yüksəlməsi təkamül qanunu kimi zaman tələb edir. Vaxtilə sovetlər dönəmində Azərbaycan boksçuları komanda hesabına 17 iştirakçı komanda arasında 7-8 yeri tutarkən razı olurdular ki, onluğa girsinlər. Məsələn, 1991-ci ildə con SSRİ spartakiadasında 12 yerdə qərarlaşdıq. Bu onun nəticəsi idi ki, boks idman növü ancaq Bakıda idman cəmiyyətində yer almışdır. Rayonlarda demək olar ki, nə şərait var idi, nə də idmançı.
O zaman deyirdilər ki, SSRİ çempionu olmaq Dünya və Avropa çempionu olmaqdan çətindir. Lakin 1991-ci ildə müstəqillik qazandıqdan sonra bütün idmanda olduğu kimi boks idman növü də kütləviləşdi, rayon və şəhərlərdə yeniyetmə və gənclər daha çox boksla məşğul olmağa başladılar. İdmançılar artıq Azərbaycan çempionu olduğu halda, Beynəlxalq, Avropa, Dünya və Olimpiya oyunlarında çıxış etmək şansı qazandılar.
Ölkədə dövlət qayğısı nəticəsində, gənc boksçularımız üçün gözəl şərait yaradıldı və əsaslı motivasiya yarandı. Onlar beynəlxalq çempionlarda ölkəni təmsil etmək, qalib gəlib Azərbaycanın bayrağını və himnini dünyaya tanıtdırmaq üçün bacarıq göstərirdilər.
Ulu öndərimiz, müstəqil Azərbaycanın memarı, ölkə prezidenti Heydər Əliyev o zaman deyərdi: "Müstəqil Azərbaycanın dövlət rəmzlərini dünyaya tanıtdırmaq üçün idman kimi başqa vasitə yoxdur”.
Baxın bu sözlərdən sonra gənc idmançılarımız beynəlxalq turnirlərdə dövlətimizin bayrağını və himnini dünyaya tanıtdıraraq qürur hissi keçirirdilər.

Bu vaxtılə SSRİ-də onluğa düşən Azərbaycan yeniyetmələri 1999-cu ildə Avropada II oldular, 2001-ci ildə Dünya birinciliyində 10 medalla II oldular, ən böyük uğurumuz 2007-ci ildə yeniyetmə komandamız ilk dəfə olaraq tarixdə 9 medalla I yeri tutduar.
Gənc boksçularımızın bu uğurları gələcək boksçumuzun Avropa və Dünya səviyyəsində yaşlılar arasındada yüksək nəticələrin əsasını qoydu. 2009-cu ildə gənclər arasında Dünya çempionatında boksçularımızın komanda hesabında II oldular və 7 medal qazandılar. Yeniyetmə və gənclərin qələbələri, gələcəkdə yaşlı boksçuların uğurlarından xəbər verirdi. Belə də oldu. Artıq kişilər arasında keçirilən Dünya və Avropa çempionatlarında boksçularımız qalib gələrək medallar qazandılar. Boksçularımızdan Elvin Məmişzadə, Cavid Çələbiyev,Pərviz Bağırov, Teymur Məmmədov
qızıl, gümüş və bürünc medalların sahibi oldular.
Beynəlxalq aləmdə ən böyük nəticə Olimpiya medalları sayılır. İlk Olimpiya bürünc medalını 2000-ci ildə bokusçumuz Vüqar Ələkbərov Sidneydə qazandı, 2004-cü ildə Olimpiya oyunlarının vətəni sayılan Afinada Fuad Aslanov və Ağası Məmmədov bürünc medalların sahibi oldular.
2008-ci ildə Pekin Olimpiadasında Avropa çempionatının gümüş medalçısı Şahin İmranovda bürünc medalın sahibi oldu. 2012-ci ildə London Olimpiadasında Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc medalları qazandılar və nəhayət RNO-2016 oyunlarında Lorenso Sotomayor ilk dəfə Olimpiadanın gümüş medalını, Mingəçevirli Şahsuvarlı Kamran isə bürünc medalı qazandılar.
Müstəqil Azərbaycanın boks idmanının tarixini yazarkən bu idmanın "pionerləri” barədə mütləq demək lazımdır. İlk Avropaların çempionatının qızıl medalını əməkdar məşğçi Şamil Əlimzanovun tələbəsi, ağır çəkili SSRİ çempionu Ədalət Məmmədov Şotlandiyada qazandı. Ondan sonra ən böyük uğuru əməkdar məşqçi Rauf Cabbarovun tələbəsi, 18 yaşlı Rövşən Hüseynov, 1993-cü ildə kişilər arasında Avropa çempionu oldu. Həmin ildə o gənclər arasında Avropa birinciliyinin qalibi oldu.
1994-cü ildə Rövşən Hüseynov Tailandda keçirilən Dünya çempionatının qalibi olmuşdu. Belə ki, 2004-cü ildə Dünya çempionatında Əməkdar məşqçi Vaqif Kazımovun yetirməsi Ağası Məmmədov çempionatın qızıl medalına layiq görülmüş, Ruslan Xairov və Tofiq Əhmədov
-Ümumiyyətlə, 2017-ci ili Azərbaycan boksu üçün necə qiymətləndirirsiniz? Bu ilki gözləntiləriniz...
<!-- [if !supportLists] -->-
2017-ci il Azərbaycan boksu və boksçuları üçün yeni bir imtahan ili olacaqdır. 2015-ci il I Avropa oyunlarında və RİO-2016 da əldə etdiyi uğurları bu il IV İslam Həmrəyliyi oyunlarında təkrar etməyə hazırdırlar.
-Hazırda boksun regionlarda inkişafı hansı səviyyədədir?
- Bu gün Azərbaycan boksunun Dünyada əldə etdiyi uğurların əsas səbəbi, elə boksumuzda kütləviliyin artması, Azərbaycanın bir çox rayon və şəhərlərində boks idmanının inkişafının nəticəsində Boks Federasiyası regionlarda mərkəzlər yaratmış və bu mərkəzlər boksun inkişafını idarə edir. Bununla mən, Bakı ilə bərabər, son illər boksun Naxçıvanda, Gəncədə, Lənkəranda, Mingəçevirdə, Sumqayıtda və Masallıda inkişafını qeyd edərdim.
-2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına
ev sahibliyi etdi. 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları
respublikamızda keçiriləcək. Bu
ilin mayında ölkəmizdə keçiriləcək IV İslam Oyunlarının əhəmiyyəti...
- Artıq Avropa idmanı qəbul edir ki, Azərbaycan idman, Olimpiya hərəkatının mərkəzinə çevrilmişdir. Son illər Bakıda keçirilən idman və mədəni yarışmaların sayı getdikcə artır və yüksək səviyyədə keçirilir. 2015- ci il uğurlu I Avropa oyunları, 2016- cı ildə keçirilən "Formula-1” avtomobil yarışması Beynəlxalq Şahmat Olimpiadası, Gimnastika üzrə Dünya çempionatı, Qəbələdə keçirilən mədəni tədbirlərdən Muğam müsabiqəsini və b. qeyd etmək olar. İdman Azərbaycanın inkişaf səviyyəsini, tarixini, dünyaya çatdırır.
Bütün bunların içərisində İslam Həmrəyliyi oyunlarının xüsusi rolu vardır. Azərbaycan dünyaya fərqli bir tərəfdən də açılmışdır. Bu, olkəmizdə yaşayan bütün xalqlarla və etnik qruplarla dostluq, qardaşlıq, birgə yaşamaq prinsipləridir. Bu vəziyyət Azərbaycanda xalqlarımızın həyat tərzidir. Bax elə buna görə multikulturalizmin inkişafı, öyrənilməsi və həyata tətbiqi məhz Azərbaycandan başlayır. 2016-cı ili möhtərəm prezidentimiz, cənab İlham Əliyev Multikulturalizm ili elan etmiş, bu ili 2017-ci ili isə, İslam Həmrəyliyi ili elan etmişdir. Bütün bunlar bizim multikultural və tolerant mühitdə inkişafımız üçün gözəl şərait yaradır.
Multikulturalizm və tolerantlıq bir-birini üzvi olaraq tamamlayırlar.
Multikulturalizm olmayan mühitdə tolerantlıqdan danışmağa dəyməz və əksinə.
Ona görə də İslam həmrəyliyi oyunlarının keçirilməsi məhz bu iki məfhumu yaxınlaşdıracaq və bütün dünyaya İslam ölkələrinin yarış dövründə həmrəyliyinin daha da güclənməsini Dünyaya çatdıracaq. Doğrudan da, İslam fəlsəfəsi Olimpizm ideologiyası və fəlsəfəsi ilə üst-üstə düşür. Hər ikisində gənclərin təhsilə, elmə, mədəniyyətə, sağlam nəsil böyütmək üçün, eyni zamanda fiziki tərbiyə və idmana dəvət etməkdir.
Odur ki, IV İslam Həmrəylik oyunlarının insanlar arasında həmrəyliyin inkişafı üçün, ədalətli rəqabət şəraitində mübarizə aparmaq, tanışlıq, dostuq, insan sağlamlığına gözəl vasitədir.
Olimpiya hərəkatının tanınmış prezidenti
Juan Antonio Camaranç bu barədə görün nə deyir: "Olimpiya etikasına və
ideologiyasına uyğun təşkil olunmuş idman oyunları, tolerantlıq, həmrəylik,
dostluq və hörmət kimi insani dəyərləri inkişaf etdirə bilir”.
-Necə düşünürsünüz, idman oyunlarının ölkəmizdə təşkili digər sahələrdə bizə nə verəcək?
- Beynəlxalq idman oyunlarının ölkəmizdə təşkili idmandan çox, ölkəmizi Dünyaya tanıtmaq üçün daha vacibdir.
İlk öncə bu oyunların iştirakçıları Azərbaycanla, xalqımızla tanış olacaqlar, onlar bizim qonaqpərvərliyimizi, mədəniyyətimizi, inkişafımızı görəcəklər. Atalar demiş "Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Bundan başqa, oyunların açılış-bağlanış mərasimləri təkcə iştirakçıları ölkələr üçün yox, bütün dünya üçün gözəl məqamdır. Açılış mərasimində göstərilən milli mədəni dəyərlər bütün dünyaya deyir: "Baxın, biz Azərbaycanıq, biz beləyik”.
-Azərbaycan boksu bu gün Avropada neçənci pillədə qərarlaşıb?
- Azərbaycan boksu bu gün elə Avropa oyunlarında tutduğu yerdə, yəni Rusiyadan sonra II-III yerdədir.
- 2017-ci ili ölkə idmanı və Olimpiya Hərəkatı üçün necə qiymətləndirirsiniz?
- 2017-ci il ölkə idmanı üçün, Olimpia hərəkatı üçün çox dinamik və maraqlı il olacaqdır. IV İslam Həmrəylik oyunlarından sonra boksçularımızı, gəncləri, yeniyetmələri də Dünya və Avropa birincilikləri gözləyir. Əminəm ki, bu il boksçularımız üçün müvəffəqiyyətli il olacaqdır.
-Ağacan müəllim, 2016-cı il Multikulturalizm, 2017-ci il İslam Həmrəyliyi İlidir. Bununla Azərbaycan dünyaya hansı mesajı vermək istəyir?
- Biz artıq XXI əsrdə yaşayırıq. 20 il bundan, yəni XX əsrdə heç kim multikultiralizmədən danışmrdı. Son illər multikulturalizm və tolerantlıq məfhumlarna daha tez-tez rast gəlirik. Azərbaycan multikulturalizmi artıq dünyada tanınır. Bu məfhumların tanınması, həyata keçirlməsi, bütün xalqar üçün çox vacib və təxirəsalnmaz olmalıdır. Bugünü dünyada, müxtəlif ölkələrin qaçqınlarının sayı artdıqca yaranan problemlərin həllində tolerantlıq və multikulturalizm həlledici rol oynayır. Multikulturalizm mühitində insanlar bir-biinə daha yaxın olurlar. Mədəni səviyyə yüksək olur.Belə mühit xoşbəxt həyat üçün gözəl şərait yaradır.
-İslam Həmrəyliyi İli dünya ölkələrinin İslam dünyasına baxış bucağını dəyişməsinə nə qədər yardım göstərəcək?
- İslam Həmrəyliyi oyunlarının gözəl bir ənənəsi var. Bu nədən ibarətdir: Bu il oyunlarda rekord sayda 57 İslam ölkəsi iştiak edir. Lakin komandaların tərkibində İslam ölkələrində yaşayan bütün millətlərin nümayəndələri çıxış edəcəklər. Bax elə burada İslam Həmrəylik oyunları insanları dinindən asılı olmayaraq bir komandada çıxış etməsi, eyni zamanda birgə çalışıb uğur qazanmaq və qələbə sevincini birgə bölmək olacaq. Olimpya oyunlarında olduğu kimi Qeyri-İslam ölkələri bu oyunlara baxaraq, dünyada keçirilən Olimpiya və Avropa oyunlarından, Panamerika, Asiya,Umunafrika oyunlarından heç bir fərqi olmadığını görəcəklər.Əsas onu biləcəklər ki, həmrəylik olan yerdə sülh,uğurlar, bolluq və xoşbəxtlik var.
-Ağacan müəllim, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına tətbiq ediləcək yeniliklərlə bağlı nə deyə bilərsiniz?
- IV İslam Həmrəylik Oyunları beynəxalq idman Federasiyalarının qaydalarına uyğun keçirilir. Odur ki, əgər Beynəlxalq İdman Federasiyalarında yarış qaydlarında dəyişiklik yoxdursa, təşkilat Komitəsi heç bir yenlik edə bilməz. Beynəlxalq Federasiyaların yarış qaydaları əsas götürüləcək.
Müsahibimiz: Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü Ağacan Abiyevdir
Mehriban Məmmədzadə