Əflatun Amaşovun 60 yaşı tamam olur.

Bu gün Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşovun 60 yaşı tamam olur.Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
1985 -1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
Əflatun Amaşov jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir.
Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.
Azərbaycan Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Ötən gün isə Ə.Amaşov Azərbaycan Prezidenti tərəfindən "Şöhrət” ordeni ilə təltif olunub.42-CiParalel.Az saytının kollektivi adinnan "Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etdir və ən xoş arzularımızı bildirmək - xoşbəxtlik, cansağlığı və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləyirik.
42-CiParalel jurnalının baş redaktoru Mehrban Məmmədzadə