“İstəyirəm hamının həyatı dinc və firavan keçsin.”

Atamı kiçik yaşımda itirmişəm. Ailədə 6 uşaq olmuşuq. Ailənin ilk övladı olduğum üçün məsuliyyət mənim üzərimə düşüb. 41 yaşıma kimi rayonda ailəmiz üçün münasib şərait qurmuşdum. 1993-cü ildə Cəbrayıl rayonundan gözləmədiyimiz halda məcburi köçkün düşdük. Vətən ağrısı, Vətən yarası sağalmazdır. Bu gün müharibə elan edilsə mən iki övladımı ön cəbhəyə- müharibəyə yola salaram.Vətənimi istəyirəm (kövrəldi)...
Şəhərə gəldim,iş tapmaq çox çətin idi. Mən tikintidə baş mühasib işlədim. Hər yedə özəlləşmə gedirdi. Çox çətin zamanlarıydı, məvaciblər də vaxtlı vaxtında verilmirdi. Sonra mən fəhlə formamı götürüb üz tutdum tikintiyə. Dedim - çox pul istəmirəm. Ailədə 5 nəfərik. Yaxşı mühasib ,yaxşıda fəhləyəm. Gündəlik çörək pulumu istəyirəm. Belə-belə getdim neft şirkətinə çıxdım. O,təşkilat özəlləşdi. Bir müddətdən sonra həmin təşkilatda baş mühasib işlədim. Bundan əlavə paralel olaraq bir-iki yerdədə mühasib kimi şalışırdım.1999-cu ildə bu idarə yarananda testlə imtahan verdim. Məndən başqa biri bank müdirinin müavini olmaqla 5 nəfər cavan adam var idi. Aralarından mənim sənədlərimə baxıb seçiblər. O,beş nəfərin içində məni "Anama”-ya işə qəbul etdilər. Qaçqın düşəndən 19 ildir baş mühasib işləmişəm. Həmişə çalışmişam işimdə səliqə-səhman olsun. Mühasibə əsas səbr və işləmək vacibdir.
Ailəliyəm 2 oğul,1 qız atasıyam və 5 nəvəm var. Övladlarımdan çox razıyam. Bunu da qeyd edim ki,16 yaşına qədər məni tərbiyə edənim olmayıb.Yetimçiliknən böyümüşəm, buna baxmayaraq pis əməllərdən həmişə uzaq olmuşam. Pis əməlim o, olub ki,1969-cu ildə siqaret çəkmişəm,1979-cu ildə bir rus qadının sözu ilə tərgitmişəm. Səbəbi də belə olub: -Pitiqorskda həkim qadının yanında müayinədən keçirdim,həmin o,həkim qadın məni müayinədən keçirdəndə siqaret iyi onu vurdu. Həkim pıçıltı ilə, dodaqlarının altında mənə ana söyünşü söydü. Onun o təhqiri mənə toxundu. Həkimin qəbulundan çıxanda siqareti zibil qutusuna atdım və özümə söz verdim ki, bir daha siqaret çəkməyəcəm. O,bu tərgitdim. Getdim kəndə anam soruşdu ki,oğul, səndən nə əcəb tüstü çıxmır? Dedim ki, bir rus qadınını sözü ilə tərgitdim.Dedi:” Oğul, bəs Azərbaycan qadının sözü ilə niyə tərgitmədin?”
Dedim:” Ana o, sənə söydü məndə ona görə də tərgitdim.” Ondan sonra məni pis vərdişdən xilas etdiyi üçün düz iki il həmin qadına hədiyyə apardım. Hələ üstəlik bir neçə oglanlara siqaret çəkməyi tərgitdirmişəm. O oğlanlarda indi mənə minnatdarlıqlarınıını bildirirlər.
21-22 yaşımdan vəzifədə olmuşam- baş mühasib işləmişəm. Çox əziyyət çəkmişəm,heç kəsədə arzulamıram. Əziyyət çəkmişəmsədə o qədər korluq görməmişəm. Təbiətcə çox kövrəyəm. İstəyirəm hamının həyatı dinc və firavan keçsin. Kollektivdə 800-ə yaxın iş yoldaşıyıq. Onların xidmətçisindən tutmuş müdirinədək kimsə,desə ki,Sabir yaxşı adam deyil inanın ki,mən intihar edərəm. Anama kömək üçün tez evləndim 23yaşımda. Anam çox erkən 35 yaşında dul qalıbdır. Əziyyətnən bizi boya-başa çatdırıb. Qardaşlarım və onların həyyat yoldaşlarına ilk gündən xəbərdarlıq etmişəm ki, kim anama burdan dur orada otur desə o, gündən sizin mən adlı qardaşınız yoxdur. Hansı övladının yanında bir gün belə qalsa anamı ziyarət edib ehtiyyacını təmin etməyi özümə borc bilirəm. Bir gün belə onu nəzarətsiz qoymuram. Bəlkədə Allah anama görə mənə çörək verir.
Müsahibimiz: Azərbaycan Respublikası
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə
Milli Agentliyinin Maliyyə Şöbənsinin Meneceri
və Baş mühasibi Sabir Səfərovdur
Mehriban Məmmədzadə