• Manşet
  • 10-04-2017, 20:59
  • 177Oxunub

Bakı sakinini şantaj edən şəxs ondan 108 min manat alıb

{title

10 Aprel, 2017  16:21 xeber – Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb."Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.Əlacsız qalan şəxs polisə müraciət edib.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 42-CiParalel.Az