Vitse-prezidentliyə Vasif Talıbov müəmması

Mehman Əliyev: "Onun Ali Məclis sədri vəzifəsində qalması və paralel olaraq vitse-prezident olması mümkünsüz görünür”
Azərbaycanda birinci vitse-prezidentin təyinatından sonra digər vitse-prezidentlərin də təyinatı maraqla gözlənilir.
Novruz bayramına qədər bu təyinatların gerçəkləşəcəyi deyilir, prosesin aprelə qədər yubana biləcəyi ilə bağlı da fikirlər var. Vitse-prezidentlərin sayı ilə bağlı deyilənlər də birmənalı deyil. Kimisi üçə qədər vitse-prezidentin olacağını, kimisi də bundan artıq, 5-6 vitse-prezidentin olacağını deyir.
Bu məsələnin fonunda ötən həftə Azərbaycanın gündəmini qısa müddətdə zəbt edən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov məsələsi də müzakirə edilməkdədir. Onun 23 fevralda vitse-prezident elan olunacağı və sonradan bu xəbərin dezinformasiya olmasının arxasında dayanan müəmmalar müzakirə mövzusudur. Bu xəbərin ona yaxın mənbələr tərəfindən mətbuata qəsdən ötürüldüyü barədə də fikirlər var, bu xəbərlə ona qarşı bəzi dairələrin kampaniyası hesab edənlər də.42-CiParalel.Az