GƏNC YAZIÇI NARGİZİN İMZA GÜNÜ KEÇİRİLDİ.

Bu gün Naxçıvan Muxtar Respulikasinda Zirvə Kitab Evi Gənc yazıçı Nargizin "QARDƏLƏN" adlı kitabının imza gününə ev sahibliyi etdi.
Qeyd edek ki, gənc yazıçı Nargiz İsmayılovanın "QARDƏLƏN" ikinci kitabıdır. İlk kitabı "İCİMDƏKİ MERLİN"-dir. Əldə etdiyimiz məlumata görə Nargiz xanım üçüncü romanına hazırlaşır. Bir-birindən maraqlı olan kitabları oxucuların diqqət mərkəzindədir. Nargiz ən çoxda gənc oxucuların rəğbətini qazanıb. Bu da hər birimiz üçün sevindirici haldır ki, gənclərimizin kitaba olan maraqları günü-gündən Nargiz kimi yazıçıların sayəsində çoxalır. Bu da tək Nargizin deyil hər birimizin uğurudur.
Onuda qeyd etmək istəyirəm ki Nargiz hazirda AMEA-nin Naxçıvan bölməsində Ədəbiyyatşünaslıq şöbəsində elmi işçi, "ŞƏRQ QAPISI" qəzetində muxbir həm də gənc yazardır.
42-ciparalel.az gənc yazıçıya işlərində və qələmində uğurlar arzulayır. Axırıncı deyil axarıncı olsun.