İstedadlı mühəndis, sevilən millət vəkili və sadə xeyriyyəçi

{title


Azərbaycan öz şanlı tarixi boyu bir çox üstünlüklərinə görə həm bəzi bədniyyət qonşuların, həm də digər dünya ölkələrinin diqqət mərkəzində olmuşdur. Coğrafi baxımdan ərazisinin kiçik olmasına baxmayaraq, əldə etdiyi uğurlarla bütün dünyaya səs salan bu gənc ölkənin diqqət mərkəzində olmasının bir çox səbəbləri vardır. Bu səbəblər kimi, öz müstəqilliyini ən müxtəlif təxribatlara rəğmən, mərdcəsinə qoruması, dünyanın bir çox inkişaf etmiş ölkələrinin belə bacarmadıqlarını etməsi, möhtəşəm layihələrə imza atması, inkişaf tempinə görə dünya ölkələri arasında liderlərdən olması, qısa müddət ərzində öz görkəmini müasirliyə doğru tam dəyişməsini və s. qeyd etmək olar.

1991-ci ilin oktyabrnda müstəqillik qazandıqdan sonra, aparılan düşünülmüş siyasət sayəsində ölkədə bütün sahələrdə böyük islahatlar həyata keçirildi, nəzərəçarpacaq dəyişikliklər baş verdi. Xüsusən də, ölkədə abadlıq-quruculuq, tikinti və yenidənqurma sahəsində köklü yeniliklər, inkişaf baş verdi. Bu baxımdan, savadlı, ixtisaslı və ixtisasına mükəmməl yiyələnmiş, vətənpərvər kadrlara böyük ehtiyac var idi.

Qeyd edilən parametrlərə uyğun gələn, ən əsas da fəaliyyətində xalqına xidmət etmək istəyi rahatlıqla sezilən şəxs kimi, Ağalar İsrafil oğlu Vəliyev bu sahəyə ən böyük töhfələr vermiş şəxslərdəndir.

İxtisasca mühəndis olan Ağalar Vəliyev yiyələndiyi ixtisasdan ölkənin tikinti və yenidənqurma baxımından müasir vəziyətinə gəlib çatmasında mümkün qədər istifadə etmişdir. Gənc yaşlarından etibarən bu sahədə əmək sərf edən, zəhməti və iradəsilə fəhləlikdən rəhbərliyə qədər yüksələn bu şəxs bir çoxları üçün örnək ola biləcək nümunədir.

İstedadlı mühəndis, sevilən millət vəkili və sadə xeyriyyəçiVəliyev Ağalar İsrafil oğlu 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax Dəmir-Beton Məmulatları Zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir- Beton Zavodunun direktoru, 1991-ci ildən

Körpü Tikinti Kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı "Yol təmir-tikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə "Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

1998-ci ildən "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri, 2015-ci il dekabr ayından Səhmdar Cəmiyyətin Müşahidə Şurasının sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə"Azərbaycanın Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə "Şöhrət” ordeni ilə təltif edilmişdir. Milli Məclisin deputatıdır. Ailəlidir, bir oğlu var.

Rəhbəri olduğu "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti ölkədə ən mühüm layihələri həyata keçirən uğurlu bir şirkətdir. Əlbəttə, bu, təsadüfi deyil. Belə ki, şirkətə bu sahədə ən yüksək zirvələri fəth etmiş bir şəxsin rəhbərlik etdiyini nəzərə alanda, uğurların səbəbi bəlli olur.

Dövlət tərəfindən elan olunan tenderlərdə çox vaxt qalib olmağın da səbəbi sadədir: görülən iş, göz önündə olan uğurlu nəticələr və qazanılan inam.

Ağalar Vəliyev həm də çox məsuliyyətli və şərəfli vəzifə olan millət vəkili vəzifəsini daşıyır. O, millətinin vəkilidir. Bunlar söz xatirinə deyilən sözlər deyil , tikinti sahəsində olduğu kimi, əməli fəaliyyətin yaratdığı fikirlərdir.

Seçkiqabağı kampaniyalarda olduqca fəallıq göstərən Ağalar müəllim, namizədi olduğu 97 saylı Goranboy,Ağdam,Tərtər seçki dairəsinin əhatə etdiyi cəbhəboyu kəndlərdə belə əhali ilə görüşlər keçirmiş, onların fikirlərini, istəklərini, təklif və şikayətlərini dinləmişdir. Maraqlı nüanslardan biri də budur ki, hər dəfə Ağalar müəllimin seçiciləri ilə keçirdiyi görüşlərdə, bir qayda olaraq, onun tərcümeyi-halı və ötən illərdəki fəaliyyəti barədə geniş məlumat verilib. Bu, əlbəttə ki, üzərinə götürdüyü vəzifələrin və ötən görüşlərdə verdiyi vədlərin müfəssəl olaraq icrasından qaynaqlanan özgünə güvənlik və rahatlıkdır.

Ağalar müəllimin seçicilərinin onunla bağlı maraqlı və düşündürücü fikirləri vardır. Onlardan bir neçəsinə diqqət yetirək: Goranboy rayonunun Şəfəq kəndindən olan seçici, kənd ağsaqqalı Nemət Abbasov Ağalar Vəliyevlə keçirilən görüşlərin birində çıxış edərək bildirib ki, A.Vəliyev Yevlax Dəmir-Beton Zavodunda direktor işləyərkən Şəfəq kəndinin xeyli sakinini işlə təmin edib: "Onun namizədliyinin bizim dairədən irəli sürülməsi daha çox həmin insanlar üçün sevindirici oldu”.

İstedadlı mühəndis, sevilən millət vəkili və sadə xeyriyyəçiDaim seçicilər arasında olan A.Vəliyevin orta məktəb yoldaşı Leyla Əliyeva onun hələ o vaxt zəhmətkeş olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan xalqı belə bir istedadlı, xeyirxah insanın əməllərini müdafiə edir və ona tutduğu bu uğurlu işdə müvəffəqiyyətlər arzulayır.

Əmək veteranı İsrail Qorçuyev qeyd edib ki, A.Vəliyevlə uzun müddət bir yerdə işləyib və onun iş fəaliyyəti haqqında çox xoş təəssüratları var: "Onu Zeynalabdin Tağıyevdən sonra Azərbaycanın ikinci xeyriyyəçisi hesab edirəm. Növbəti beş illik fəaliyyətində isə ona uğurlar arzulayıram. Bütün seçiciləri ona səs verməyə çağırıram”.

İstedadlı mühəndis, sevilən millət vəkili və sadə xeyriyyəçiGoranboyun Xanqərvənd kənd sakini, ağsaqqal Talıb Bəylərov: "Xanqərvənd kəndi öz zəhməti, qonaqpərvərliyi və ziyalıları ilə həmişə seçilən kənd olub. Kəndimiz dövlətimizin rəhbəri cənab Prezident İlham Əliyevi həmişə dəstəkləyir, bu gün də onun sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevə yekdilliklə səs verərək onu müdafiə edəcəyik”.

Kənd sakini Nargilə Hüseynova: "YAP üzvləri Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşib və kənd seçiciləri onun rəhbərlik etdiyi partiyanın üzvü olan YAP tərəfindən namizədliyi irəli sürülmüş və uzun müddət öz dövlətinə sadiq qalan, respublikamızın hər guşəsində öz fəaliyyəti ilə iz qoymuş Ağalar Vəliyevi dəstəkləyəcək və ona səs verəcəyik”.

Seçici Rasim Əliyev: "Uzun müddət Yevlax Avtobazasında dispeçr işləmişəm. İşlədiyim idarə ilə Ağalar Vəliyevin rəhbərlik etdiyi Yevlax Dəmir-Beton Zavodu ilə yaxın olub. Zavodda Goranboy rayonunun Xanqərvənd sakinləri də onun rəhbərliyi altında işləyib və xeyirxahlığından ürək dolu danışıb. Ağalar Vəliyevin Yevlax rayonunda gördüyü işlər göz qabağındadır. Onun, eləcə də Qaradağ rayonunda deputatlığı dövründə rayonda apardığı quruculuq işləri, həmçinin rayonumuzda ən böyük layihə olan içməli su sisteminin rayon əhalisinə verilməsindəki xidmətləri danılmazdır. Mən sevinirəm ki, belə bir gözəl insanın bizim rayondan deputatlığa namizədliyi verilib. Əminliklə bildirirəm ki, Ağalar Vəliyevi kənd seçicilərimiz dəstəkləyəcək və ona səs verəcək”.

Ağalar müəllim Parlament nümayəndəsi kimi, ölkənin maraqlarını beynəlxalq arenalarda da vaxtaşırı müdafiə edir. Beləki, o, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropanın müxtəlif ölkələrində keçirilən qış və yaz sessiyalarının, o cümlədən, Finlandiyanın paytaxtı Helsinki şəhərində ATƏT-in 40 illik yubileyi münasibətilə təşkil olunan 24-cü illik sessiyasının iştirakçısı olub və müzakirə olunan məsələlərə dair ölkəmizin mənafeyinə uyğun prinsipial mövqeyini nümayış etdirib.

Ağalar Vəliyevi xeyriyyəçi adlandıranların da sayı az deyil. Bunun da səbəbi yenə də onun əməli fəaliyyəti, ehtiyacı olanlara etdiyi lütfkarlıqlarıdır. Beləki, o, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənməsindən tutmuş, imkansız möminlərin müqəddəs ziyarətgahlara göndərilməsinə qədər ən müxtəlif xeyriyyəçiliklərə imza atmışdır.

Biz də”42-ci Paralel” Jurnalı olaraq, ölkəmizin tərəqqisi naminə Milli Məclisin deputatı kimi fəaliyyətində Ağalar müəllimə uğurlar arzulayırıq!

                                                                                                                       Mehriban Məmmədzadə