Yunan nazir Azərbaycanda

Nikos Kotziasın səfəri fevralın 4-dək davam edəcək.
Yunanıstanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb.
42-ciparalel.az-ın məlumatına görə, Nikos Kotziasın səfəri fevralın 4-dək davam edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Nikos Kotziasın fevralın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü keçiriləcək. Görüşdən sonra birgə mətbuat konfransı təşkil ediləcək. O, 2015-ci ilin yanvar ayından Yunanıstanın XİN rəhbəridir.

Nikos Kotzias - XİN başçısı
42-ciparalel.az