Baş epidemioloq: "Zikanın Azərbaycana gəlmə ehtimalı..."

Xəstəlik əlamətlərini görənlər dərhal həkimə müraciət etsin.
Dünyada, eləcə də Azərbaycanda "donuz qripi ilə mübarizə aparıldığı bir vaxtda yeni virussürətlə yayılmağa başlayıb.42-ciparalel.az-ın məlumatına görə, bu dəfə dünya Zika virusu ilə üz-üzədir. Virus minlərlə insanı əsirinə çevirib və 21-dən çox ölkədə yayılıb. Virus xüsusilə hamilə qadınların qorxulu röyasına çevrilib. Belə ki, milçək sancması ilə insana keçən virus ana bətnindəki körpənin inkişafını ləngidir. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanısının ginekoloqu Gülnarə Süleymanova isə hələlik narahatlığa əsas görmür. "Bizim ölkədə Zika virusu yoxdur, odur ki, hamilələr buna görə narahatlıq keçirməməlidirlər. Virus ağcaqanad sancması ilə yayılır. Xüsusilə hamilələr üçün böyük təhlükə mənbəyi olan virus ana bətnindəki körpələrin beynində inkişafdan qalmasına səbəb olur. Çox zaman ölümlə nəticələn virusun səbəb olduğu xəstəlik "Mikrosefali" (balaca baş) adı ilə tanınır. Bu xəstəliklə doğulan uşaqların başı normaldan bir neçə sm daha kiçik olur", - deyə ginekoloq vurğuladı.

"Mikrosefali" xəstəliyi ilə doğulan uşaq
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də Azərbaycanda Zika virusunun olmadığını və olmayacağını iddia edir: "Bu virus Afrikada yaranıb. İndi ABŞ-da vəAvropanın bəzi ölkələrində var. Amma bizim ölkəyə gəlmə ehtimalı yoxdur. Səhiyyə Nazirliyi Azərbaycanda yoluxucu xəstəliklərə qarşı qabaqcadan tədbirlər görür. "Donuz qripi”nə qarşı olan qabaqlayıcı tədbirləri buna misal çəkmək olar".

İbadulla Ağayev - Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu
İ. Ağayev onu da vurğulayıb ki, Zika virusu təkcə hamilə qadınlar üçün deyil, eyni zamanda, adi insanlar üçün də təhlükəlidir. Virusun ölkəmizdə olmadığını desə də, mütəxəssis asqıran, öskürən, qızdırması olan şəxslərdən dərhal sahə həkimlərinə müraciət etmələrini məsləhət görür.

1950-ci illərdən Afrikanın ölkələrində yaranan Zika virusu bu gün dünyanın bir çox ölkələrində yayılmasına baxmayaraq, ona daha çox Braziliyada rast gəlinir. Bu vaxta qədər 51 uşağın bu virusdan öldüyü, başı normaldan kiçik olaraq doğulan uşaqların sayının sentyabrda bu yana 4 minə çatdığı bildirilir. 2014-cü ildə bu rəqəm dünya üzrə 150-dən az olub.Dünya Səhiyyə Təşkilatı Çili istisna olmaqla virusun bütün Cənubi Amerikada yayıldığını açıqlayıb. Bir neçə gün Avropa ölkələrində də bu virus aşkar edilib. Azərbaycanın ən yaxın qonşusu Rusiyada da bu virusla bağlı həyəcan təbili çalınır. Ölkə prezidenti Vladimir Putin Səhiyyə Nazirliyinə göstəriş verərək, tezliklə Zika virusuna qarşı dərman hazırlamalarını tapşırıb. "Düzdür, virusu yayan ağcaqanadlar ABŞ-dan bura uçub gələn deyillər, amma ABŞ-dan Rusiyaya gələn və bu virus daşıyıcısı olan şəxslər, onu digərlərinə də keçirə bilərlər", - deyə başçısı əlavə edib.

Braziliya
Hələlik dünyanı həyəcanlandıran virusun Azərbaycanda tapılmaması müsbət haldır. Ancaq heç kim xəstəliyə yoluxmaqdan sığortalanmayıb. Xəstəliyi yayan ağcaqanadların ölkəmizə uçub gəlməsi real görünmür. Virus tapılan ölkələrə səyahət edən insanlar bu xəstəliyi asanlıqla ölkəyə gətirə bilərlər. Bunun üçün də ehtiyatı əldən verməyin və yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən kimi mütləq şəkildə həkimə müraciət edin.

42-ciparalel.az