Pərviz Musayev: Readmissiya məsələləri BMqT və Avropa İttifaqının dəstəyi ilə qaydaya düşəcək

Readmissiya məsələləri BMqT və Avropa İttifaqının dəstəyi ilə qaydaya düşəcək. 42-ciparalel.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya xidmətinin sədr muavini Pərviz Musayev bu gün Bakıda Avropa İnsan Haqları Məhkəməsi və Fundamental Hüquqlar üzrə Avropa Agentliyinin birgə hazırladığı "Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə vəsait"in Azərbaycan dilində nəşrinin təqdimatı zamanı bildirib. O qeyd edib ki, insanlar xarici ölkələrə miqrasiya edirlər: "Orada pul xərcləyirlər, qeydiyyata düşə bilmir, problemlər yaşayırlar. Bu məsələdə ilk növbədə özləri günahkardırlarsa, onları qəbul edən ölkə də günahkardır. Onlar ya qeydiyyata götürülməli, ya da geri qaytarılmalı idilər. Onlar bu gün Azərbaycana readmissiya olunurlar. Bu adamlara dəstək göstərmək lazımdır". 42-ciparalel.az