Rusiya ilə Türkiyə arasında müharibə cəhdi

{title

Daha bir rus təyyarəsi Türkiyənin hava sərhədini pozdu.
 
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumat yayıb.  42-ciparalel.az-ın məlumatına görə, XİN bildirib ki, hadisə dünən - 2016-cı il yanvarın 29-da baş verib - Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.


SU-34 təyyarəsi 
Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. "Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu də Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir”,- deyə Türkiyə XİN-in məlumatında vurğulanıb. Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək "dəhşətli hadisələrə” Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazı onun nəzərinə çatdırılıb. 


"Su-24"-ün vurulma anı - 24 noyabr 2015-ci il 
İki ölkə arasında oxşar hadisə 2015-ci ilən noyabr ayında da baş vermişdi. Ankara dəfələrlə hava sərhədini pozmuş Rusiya təyyarələri ilə bağlı etirazını Moskvanın diqqətinə çatdırsa da Kreml məsələyə etinasızlıqla yanaşmışdı. Nəticədə, noyabrın 24-də Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmağa məcbur olmuşdu. 


Qabil Hüseynli - prezidentin sabiq müşaviri
Azərbaycan prezidentinin sabiq müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində Rusiyanın bu addımını Türkiyəni təxribata çəkmək cəhdi kimi dəyərləndirib: "PutinTürkiyəni lokal toqquşmaya çəkmək istəyir. Noyabrın 24-də vurulmuş Rusiya təyyarəsinin qisasını alacağı barədə çox bəyanat verib. İndi onu həyata keçirmək istəyib”. Politoloqun fikrincə, Rusiya toqquşmaya əvvəlcədən hazır olub: "Hava sərhədini bir təyyarə pozsa da, uçuşda bir neçə təyyarə iştirak edib. Həmçinin dənizdən onları S-400 raketləri dəstəkləyirmiş. Gözləyimişlər ki, Türkiyə də F-16-ları qaldıracaq. Lakin Türkiyə tərəfi təmkinlə davranaraq təxribata imkan verməyib”. Su-34 döyüş təyyarələri taktiki bombardman üçün modernləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyasıdır. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb. 
Suriyada kolaisiya qüvvələrinin və Rusiyanın aviazərbələri 


42-ciparalel.az