Dəməşqdə partlayış: 59 ölü, 128 yaralı

{title

Faktı ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi də təsdiqləyib.
 
Suriyada növbəti dəfə terror aktı törədilib. Paytaxt Dəməşqdəard-arda baş verən iki partlayış zamanı 59 nəfər həlak olub. 42-ciparalel.az-ın məlumatına görə, hər iki partlayış bu gün Dəməşqin şiələr məskunlaşan hissəsində baş verib. Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. İlkin məlumatlarda partlayış zamanı 10-11 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı bildirilsə də, sonradan həyatını itirənlərin sayının 59-a çatdığı, yaralıların isə 128 nəfər olduğu müəyyən edilib. Faktı ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi də təsdiqləyib. Partlayışlar Ku-as-Sudan və Səidə Zeynəb rayonlarında qeydə alınıb.
Hadisə yerini əks etdirən fotoSuriyada kütləvi insan ölümünə səbəb olan sonuncu partlayışötən ilin dekabr ayının 31-də qeydə alınıb. Partlayış nəticəsində 16 nəfər həyatını itirib. Hadisə nəticəsində həyatını itirən suriyalılardan 5 nəfəri erməni əsilli olub. Bu barədə Ermənistan  mətbuatı Suriyadakı erməni katolik icmasının nümayəndələrinə istinadla məlumat yayıb. Partlayış Suriyanın şimal-şərqində Qamışlı şəhərinin mərkəzində 3 ayrı yerdə törədilib.  
 
42-ciparalel.az