Gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən şəxs həbsdə qaldı

Sumqayıt Apellyasiya Məhkəməsində 14 il əvvəl gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən Həsən Əliyevin şikayətinə baxılıb, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.
Quba rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra istintaq orqanın vəsatəti əsasında məhkəmə həmin müddəti əlavə olaraq 3 ay müddətinə artırıb. Həmin qərarla razılaşmayan H. Əliyev isə apellyasiya şikayəti verib.
Qeyd edək ki, öldürülən Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.