Azərbaycanda icra nümayəndəsi özünü öldürmək istədi

{title

42-ciparalel.az
 

     O, bu məqsədlə 1 süşə bit dərmanı içib

Xınalığın icra nümayəndəsi özünü öldürmək istəyib. Hadisə bu gün gündüz saatlarında baş verib. Quba İcra Başçısının Xinalıq İ.Ə.V üzrə nümayəndəsi Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Faktı təsdiq edən Quba rayon mərkəzi xəstəxanasının müalicə işləri üzrə baş həkim müavini Əlyar Sərvərov icra nümayəndəsinin çox ağır və huşsuz vəziyyətdə xəstəxanaya gətirildiyini bildirdi.

Onun sözlərinə görə, reanimasiya şöbəsində bir neçə saat ciddi şəklidə ilkin tibbi yardım göstərilib. Füzuli Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakidan çağırılmış taksikoloqun müşaiyəti ilə Bakidaki 1 nömrəli klinik xəstəxanasının toksikologiya şöbəsinə göndərilib.

Quba xəstəxanasının baş həkim müavini Əlyar Sərvərovun sözlərinə görə, o, NİAKADOL adlanan maye halında olan 1 şüşə bit dərmanını içib. Xınalığın 48 yaşlı nümayəndəsi Füzuli Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.