Bakıda nişanlı qızın cehizləri oğurlandı ( FOTO )

42-ciparalel.az
Ümumilikdə toya hazırlaşan ailəyə 6 min manat zərər dəyib.
Abşeron rayonunda oğurluq faktı qeydə alınıb.
Abşeron rayonu Xırdalan şəhəri Xəlil Rza küçəsi 94 ünvanına soxulan naməlum şəxs və ya şəxslər evdə heç kimin olmamasından istifadə edərək, mənzili qarət ediblər.
Zərərçəkən Əsmər Novruzova deyir ki, evdən oğrular qızıl üzüklər, kompüter, telefon və paltar aparıblar.

Evin həyətinə hasardan aşan qarətçi mənzilə dəmir baramaqları olmayan pəncərədən keçib. Ev sahiblərinin geri qayıdışında isə, iş -işdən keçmiş olub. Novruzovların qızının keçən ay toyu olacaq idi. Amma yas olduğundan toy təxirə salınıb.
Zərərçəkənlərin sözlərinə görə, bu onların evində baş verən ilk oğurluq deyil. Bir il əvvəldə onların evləri qarət edilib.

Qarət olunan ev
Ümumilikdə 6 min manat dəyərində qızıl-zinyət əşyaları və 500 manat nəğd pulun oğurlandığı hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Hazırda polis qarəti törədən şəxs və ya şəxslərin axtarışını həyata keçirir.