Hədə-qorxu ilə vətəndaşı qarət edən şəxs tutulub

{title

Bakı Şəhər Baş Polis İdaərsindən Trend-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayonun Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsində Coşqun Məmmədova hədə qorxu gələrək mobil telefonunu, daha sonra isə 100 manat pulunu almaqda şübhəli bilinən 1997-ci il təvəllüdlü Həmid Həmidzadə yaxalanıb.

O, Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılıb.