İki yeniyetmə döyülərək öldürüldü (FOTO)

{title

42-ciparalel.az
 

     Zibil toplayan suriyalıları yanlarında işlədikləri kişi öldürüb.

Türkiyədə xüsusi amansızlıqla qətl törədilib. İki uşaq dəyənəklə döyülərək öldürülüb.
Hadisə Hatay vilayətinin İskəndərun rayonunda qeydə alınıb. Rayon sakinləri küçələrindən birində 16 yaşında Əbdülhəmid Taben və onunla eyni yaşda olan Əhməd Taben adlı iki Suriya vətəndaşın huşsuz vəziyyətdə yerdə uzandıqlarını görüblər. Gənclərdən Əbdülhəmidin ölmədiyini düşünən sakinlər onu xəstəxanaya çatdırsalar da, məlum olub ki, o, da Əhməd kimi dünyasını dəyişib. 

Dərhal məsələni nəzarətə götürən türk polisi aparılan araşdırmalar zamanı suriyalıların döyülərək öldürüldüyünü, onlardan birinin ailəsinin Türkiyədə, digərinin ailəsinin isə Suriyada yaşadığını müəyyən edib.

Yeniyetmələr Həbib Oral adında bi kişinin yanında zibil toplamaqla çörək pulu qazanmağa çalışıblar. Onları dəyənəklə döyməkdə şübhəli bilinən şəxs qismində Həbib və daha 3 nəfər istintaqa cəlb edilib.

Sorğudan sonra H.Oral cinayəti törətdiyini etiraf edib və saxlanan digər 3 nəfər azadlığa buraxılıb. Oral isə tutularaq istintaqa cəlb edilib.

Tutulan şəxs və öldürülən uşaqlardan biri

Cinayəti törətdiyini etiraf edən Həbib Oral