Oğurluq edən narkoman: Tələbatımı ödəyirdim

42-ciparalel.az
Onun 3 mağaza və bir evdən oğurluq etdiyi müəyyən edilib.
Narkotik vasitə aludəçisi oğurluq edib. Əldə etdiyi qəniməti sataraq tələbatını ödəyən 32 yaşlı şəxs saxlanılıb.
Ömrünün cavan vaxtlarından narkotikə alüdəçi olan 32 yaşlı Samir Osmanov tələbatını ödəmək üçün cinayətə də meyl edib.
Sumqayıt şəhər polis idarəsinin keçirdiyi əməliyyatla saxlanılan Samirin 3 mağaza və bir evdən oğurluq etdiyi müəyyən edilib. Təsdiqini tapan faktları boynuna alan müsahibim törətdiyi əməllərin vaxtını və yerini tam dəqiqliklə yadında saxlayıb:
"Mağazalardan birindən siqarət, digərindən satıcının başı qarışıq olduğundan telefonu götürüb oranı tərk etdim. Bundan başqa günün birində yolla gedirdim. Gördüm ki, bir evdə təmir gedir. Təmir gedən evin pəncərəsi isə yox idi. Pəncərənin olmamasından istifadə edib evə girdim. Evdə olan köhnə elektirik naqillərinı götürüb ərazidən uzaqlaşdım”.
Samir mağazalardan, eləcə də mənzildən götürdüyü dırnaqarası qənimətlər üçün müştəri axtarıb. Daha sonra satışdan əldə etdiyi pulları narkotikə olan tələbatı üçün xərcləyib.
Buna kimi bir dəfə məhkumluq həyatı yaşayan Samir barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri də seçilib.