64 yaşlı qadının hamamda meyidi tapılıb

42-ciparalel.az
Hazırda onun hansı səbəbdən ölməsi araşdırılır.
Xaçmazın Şollar qəsəbəsində 64 yaşlı Güləbatın Məmmədovanın meyiti tapılıb.
Ailə üzvləri onun hamamdan vaxtında çıxmadığını gördükdə qapını açıblar və o zaman orada onun meyitini görüblər. Hadisə yerinə Xudat şəhərindən təcili yardım çağrılsa da həkimlər gələndə o artıq ölmüş vəziyyətdə olub. Xaçmaz prokurorluğundan aldığımız məlumata görə, dünyasını dəyişən qadın qan təzyiqinin yüksək olmasından əziyyət çəkirmiş. Meyit tibbi ekspertiza olunub. Hazırda prokurorluq əməkdaşları onun hansısa xəstəlikdən və ya dəm qazı zəhərlənməsindən öldüyünü araşdırır.