Bakıda sevgi dramının acı sonu və 20 illik həbs (FOTO)

{title

42-ciparalel.az
 
    "Ya mənim olmalısan, ya da torpağın” deyərək 11-ci sinif şagirdi qızı öldürən İzzətə hökm oxundu.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

İzzət Hüseynovun vəkili çıxış edərək bildirib ki, müdafiə elədiyi şəxsin ilk cinayət hadisəsini törətdiyini və elədiyi əməli səmimi etiraf etdiyi üçün nisbətən yüngül cəza verməyini məhkəmədən xahiş edib. İzzət Hüseynov məhkəmədə son söz deyib: O, elədiyi əməldən peşman olduğunu bildirib: " Hər gün onu düçünürəm, mən də istəməzdim belə olsun. Mən də hər gün ölürəm. Əzab içində yaşayıram". Məhkəmə hökm qəbul edib. İzzət 20 il müddətinə azadlıqdan məhrun edilib.

Gənc oğlan məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrun edilib. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq keçirdiyini bildirib.

Xatırladaq ki, qətl hadisəsi bu ilin aprel ayının 30-da Bakının Nizami rayonunda baş verib. Bəhruz Nuriyev küçəsi 81 ünvanında 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayeva vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub.

Aytac Babayevanın tabutu


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qızı öldürən Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov olduğu müəyyən edilib.

A. Babayeva Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Qızı qətlə yetirən İzzət Hüseynov ifadəsində bildirib ki, hadisəni qısqanclıq üzündən törədib. Aytac Babayevanı sevən İzzət Hüseynov məhəbbətinin qarşılığını ala bilməyib. Qız dayısıoğluna ərə gedəcəyini bildirdiyi zaman İzzət belə bir addıma əl atıb. "Ya mənim olmalısan, ya da torpağın” deyərək Aytacı qətlə yetirib.


Aytac Babayeva və İzzət Hüseynov