Andrey Karlovun qətli ilə bağlı istintaq yekunlaşıb

{title

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı istintaq yekunlaşıb. 

42-Ciparalel.Az "Anadolu”ya istinadən xəbər verir ki, yekun ittiham aktı Ankara prokurorluğuna göndərilib. 

Bildirilir ki, akt təsdiqlənsə, iş məhkəməyə göndəriləcək. 

 

Qeyd edək ki, səfir A. Karlov 2016-ci ilin dekabrın 19-da Ankarada foto sərginin açılışında güllələnib. Diplomatı polis əməkdaşı Mövlud Altıntaşgüllələyib. M. Altıntaş hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində zərərsizləşdirilib.