3 illik əsirlik

Suriyada 3 il girov saxlanılmasından sonra sərbəst buraxılan yapon jurnalisti Jumpei Yasuda aylar ərzində 1,5 metr yüksəklikdə və 1 metr genişliyində bir hücrədə saxlanılıb. 42-CiParalel.Az xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziyasına danışan Yasuda üç illik girovluq dövrünü psixoloji cəhətdən cəhənnəm kimi təsvir edib.
O, çox nadir konservləşdirilmiş yeməklərin ona verildiyini, ancaq konserva açacağının verilmədiyini deyib.
Onun sözlərinə görə, hücrəsində hər hansı bir səs-küy yaratmaq qadağan edilibmiş: "Yuyuna bilmədiyim üçün başım qaşınırdı. Amma başımı qaşıyanda səs çıxdığı üçün başımı qaşımağı da qadağan etdilər”.
Yasuda dincəldikdən və müalicəsi bitdikdən sonra mətbuat konfransı təşkil olunacağını bildirib.