Salyanda bıçaqlanma

42-ciparalel.az
Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu gün saat 20.00 radələrində Salyan şəhərində rayon sakini A.Hüseynov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Mehdiyev Şahin Heydər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Sonuncu qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Salyan rayon xəstəxanasına daxil olub. Hazırda yaralı cərrahiyə əməliyyatına götürülüb. Onun çoxlu qan itirdiyi qeyd edilir.
Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.