Sahibkarları aldadırlar

{title

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində işçilərə qarşı ayrı-seçkilik edilir.

Bunu "Yeni Müsavat”a xidmətin əməkdaşı Oruc Orucov deyir.

O.Orucov bildirir ki, 2012-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasında işləyib.

Bundan əvvəl isə İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarında çalışıb: 

"Ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Heydər Əsədov nazir təyin olunduqdan sonra mənimlə görüşdü, öz sahəm üzrə işi irəliyə aparmaq üçün təkliflər verməyimi istədi. Mən də təkliflərimi təqdim etdim. Nazir dedi ki, bəs sən savadlı, bacarıqlı adamsan, mənə belə adamlar lazımdır, get, səni işlə təmin edəcəm. Bu söhbətdən bir qədər sonra komissiya və digər 2 təşkilatın bazasında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradıldı. Xidmətə heç kimin tanımadığı Möhtəsim Əhmədov rəis təyin olundu. 2016-cı ilin yanvarında xidmətin aparatının işçilərinin siyahısı açıqlandı, baxdım ki, mənim adım yoxdur. Getdim Möhtəsim Əhmədovun yanına, dedi ki, nazirin göstərişi var 50 yaşdan yuxarı işçiləri götürmürük. Dedim, necə ola bilər ki, sizin 60 yaşınız var, götürdüyünüz müavin mənimlə eyni yaşdadır. Bu prinsip hamı üçün deyil? Altı ay işsiz qaldıqdan sonra məni göndərdilər Xırdalanda yerləşən Kimya Texnologiyaları L

aboratoriyasına baş mütəxəssis – 185 manat maaşla.2015-ci ilin fevralında Xırdalanda rayon idarəsinin təməli qoyulub, 3 mərtəbəli

bina tikilib. Amma hələ də tikinti-təmir başa çatmayıb, heç bir iş şəraiti yoxdur. Təsəvvür edin, istilik siste

mi yoxdur, tualeti yoxdur, yarımçıq tikili necə olacaq?Bəziləri buna etiraz edəndə hesab nömrələri veriblər ki, guya artıq olan pulu ora köçürsünlər. Sonra da həmin pulları özləri mənimsəyirlər. Yaxud istismar müddəti bitən maşınlara da yanacaq, sürtkü yağı üçün pul yazırlar. Seleksiya işləri ilə məşğul olan sort-sınaq məntəqələri var 14 yerdə. Həmin müəssisələrin rüblük gəlirləri olur. Mən işləyən dövrdə həmin gəlirləri gətirib nazirliyin mühasibatlığına ödəyirdilər, əvəzində qəbz alırdılar. İndi aldığım məlumata görə, o pulları Mötəsim Əhmədov şəxsən alır, heç bir qəbz də verilmir. Bunların hamısını nazirə demişdim. Kimya Texnoloji Laboratoriyaya 2015-ci ildə 125 min manat ayırıb təmir etdilər, bir il keçməmiş sökdülər ki, üstünü mansard etsinlər. Biz də qaldıq havada”.

O.Orucov deyir ki, qanunvericiliyə əsasən korrupsiya haqqında məlumat verən şəxsləri və onların ailələrini dövlət qorumalıdır. Buna əsasən hüquq-mühafizə orqanlarından özünün və ailəsinin qoruma altına alınmasını tələb edir.

O.Orucovun sözlərinə görə, hara müraciət edirsə, şikayətlərini göndərirlər nazirliyə: "Mənim şikayətlərimi niyə qaytarıb ora göndərirlər, axı mən elə oradan şikayətçiyəm? İki ildir nazir məni qəbul etmir. Sonradan öyrənmişəm ki, mənim işimi əngəlləyən keçmiş iş yoldaşım olan bir qadındır – Afaq Abbasova. Onu seleksiya sahəsinə rəhbər qoyublar. İndi eşitmişəm ki, məni məhkəməyə veriblər, guya A.Abbasovanın şərəf və ləyaqətinə toxunan, onu təhqir edən ifadələr işlətmişəm”/musavat.com 42-CiParalel.az