Restoranda müğənni bıçaqlandı

Binəqədi rayonunun Xocasən qəsəbəsindəki şadlıq evində müğənni bıçaqlandı.
42-Ciparalel.az-ın xezerxeber.az-a istinadən verdiyi xəbərə görə, 25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ''Murad'' şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.
Tanışları ilə arasında düşən mübahisə nəticəsində isə o, 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilməli olub.
Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.