Şəmkirdə qızını baltalayıb qaçan ata saxlanıldı

Şəmkir rayonunda qızına balta ilə xəsarət yetirərək hadisə yerindən qaçan ata tutulub.
42-CiParalel.az-ın "Report”a istinadən məlumatına görə, o, bu gün Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridikləri axtarış-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Qeyd edək ki, oktyabrın 9-da rayonun Çaparlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı atası tərəfindən balta ilə vurulub və ağır xəsarət alıb. O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.