“Cocuq Mərcanlıda ilk doğulan qız uşağına Zəhra adı verilsin”

{title

 

İyunun 4-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistanın vandalizm aktına qurban gedən 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və onun nənəsi - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızınının ölümü bütün Azərbaycan cəmiyyətini ayağa qaldırıb.
Sosial şəbəkələrdəki aktivlik- hadisənin pislənməsi, beynəlxalq müstəvidə tanıtımına cəhd- kifayət qədər normal olsa da, diasporların fəaliyyəti o qədər də gözə dəymir. 


Əməkdar jurnalist, mətbuat tarixi üzrə araşdırmaçı Tahir Aydınoğlu bu faciənin beynəlxalq müstəvidə təbliği və ölkə daxilində mübarizə əzmini artıracaq qüvvəyə çevrilməsi üçün 42-CiParalel.az saytı vasitəsilə bir neçə təklif irəli sürüb: 


"Təklif edirəm ki, Cocuq Mərcanlıda doğulacaq ilk qız övladına Zəhra adı verilsin. Yəqin ki, belə də olacaq. Çünki xalqımız çox əzəmətlidir. Müdafiə sənayemiz zəhmli bir silaha Zəhra adını versin. Zəhra silahı hər zaman düşməni təşviş altında saxlasın. Məktəblilərin "Yurdu tanıyaq” layihəsinin coğrafiyasına Zəhranın məzarı daxil edilsin. Yəqin Cocuq Mərcanlıda uşaq parkı salınacaq. Orada balaca Zəhranın xatirəsinin əbədiləşməsi üçün rəssam, heykəltaraşlarımız nəsə etməlidirlər. Bu, yeni bir dalğadır. Zəhra ermənilərin bizim böyük qayıdışımızın qarşısını alması zamanı qurban getdi. Bir jurnalist kimi mənim təkliflərim çoxdu: Niyə şairlərimiz "Zəhra” adlı poema yazmasın?! Niyə o adda rəsm əsərləri və heykəlciklər hazırlanmasın. Hər birimizin vicdadında bir Zəhra zəngi çalınsın. Cocuq Mərcanlının bizim üçün anlamı böyükdü. Zəhraya atılan atəş Cocuq Mərcanlıya qayıdışa atılan atəş oldu”.