Bakıda top mərmisi tapıldı

{title

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Bakı şəhərində top mərmisi barədə operativ məlumat yayıb.

ANAMA-dan 42-CiParalel.Az-a verilən məlumata görə,  bu gün Sabunçu rayonu – Gülçülük sovxozu adlan ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib.
 
Nəticədə 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.