Türkiyədə baş nazirin müşaviri və xanımı həbs edildi

Bu gün səhər saatlarında Türkiyədə Ədliyyə Nazirliyinin keçmiş müşaviri, hazırda baş nazir aparatının ali müşaviri olan Birol Erdem və həyat yoldaşı Gülümsər Erdem Ankarada "Fətullahçı Terror Təşkilatı”na (FETÖ) üzv olmaqda təqsirli bilinərək həbs edilib.
42-CiParalel.Az xəbər verir ki, Birol Erdem ötən il FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində şahid kimi ifadə verib.
Məlumata görə, "FETÖ işi"ndə tutulan bir çox şəxslər ifadələrində Birol Erdemin adını çəkərək, onun bu təşkilatla əlaqədə olduğunu bildiriblər.
Hazırda faktla bağlı araşdırma aparılır.