Türkiyədə iranlı TV rəhbərini kim öldürdü? – Şok

{title

GEM TV-nin rəhbəri Saed Kərimianı İran Xalq Mücahidləri təşkilatı qətlə yetirib.

Bu barədə informasiyanı Türkiyənin "Vətən” qəzeti yayıb.

"Polis hazırda bu cinayətin Saed Kərimianın özünün də bağlı olduğu İran Xalq Mücahidləri tərəfindən təşkil edilməsi versiyası üzərində araşdırma aparır. Ölənlərin ailələri isə cinayətdə İran hakimiyyətinin əlinin olduğunu bildirirlər.

Polis həmçinin Saed Kərimianın atasının da İrandakı rejimin əleyhdarı olduğu üçün 30 il əvvəl keçirilən əməliyyat nəticəsində öldürülməsi xəbərini əldə edib. Öldürülən atanın oğluna üzv olduğu İran Xalq Mücahidləri təşkilatı sahib çıxıb. Saedin təhsil almasına şərait yaradan təşkilat sonradan onu xarici universitetdə oxudub. İsveçrədə iki il təhsil alan Kərimian Amerikadakı qardaşı Həmid Kərimianın yanına gedib. Saed Kərimian burada İran əleyhinə yayım gerçəkləşdirən radio qurub. Bir az sonra isə mərkəzi İngiltərədə olan GEM TV-ni yaradıb. Bu yayım qrupunun tərkibinə 40-dan çox televiziya daxil edildi. Bu kanallar sayəsində İran Xalq Mücahidləri Kərimiandan maddi yardım almağa başladılar”, – deyə məqalədə bildirilib.

Qəzet həmçinin İran hakimiyyətinin Kərimianın yanına agent də yerləşdirdiyini vurğulayıb:

"İş adamı son zamanlar İran Xalq Mücahidləri təşkilatından soyumuşdu. İddialara görə, İran kəşfiyyatı şirkətin daxilinə qadın agent də sızdırmışdı. Bu qadın rəhbər vəzifəsinə qədər yüksəldi, lakin sonradan deşifrə olunduğuna görə vəzifədən uzaqlaşdırıldı. Bundan sonra həmin qadının əldə etdiyi gizli məlumatlar sayəsində İran hakimiyyəti GEM TV-nin bəzi kanallarını bağlamağa start verdi. Məhz buna görə İran Xalq Mücahidləri təşkilatı milyonlarla dollarlıq şirkətin bağlanma vəziyyətinə gəlməsində Kərimianı günahkar bilərək, ona qarşı sui-qəsd təşkil etdi”.

Qeyd edək ki, dünən İstanbulda GEM TV-nin rəhbəri Saed Kərimian və küveytli ortağı Məhəmməd Əl Almutairi qətlə yetirilib.

İran Xalq Mücahidləri təşkilatı 1979-cu il inqilabından sonra sürgün həyatı yaşayır. İran-İraq müharibəsində Səddam Hüseynin yanında yer almaları Tehranın onlara qarşı mövqeyini sərtləşdirdi. 1988-ci ildə İran Xalq Mücahidləri Təşkilatına qarşı kütləvi hücumlar başlandı. İran hakimiyyəti üçün əsas təhdid olaraq bilinən təşkilat üzvləri bütün ölkə ərazisində təqib və həbs edildilər. Onların böyük hissəsi edam edildi. Rəsmi mənbələrə görə, edam edilənlərin sayı 4500 nəfər olub. Bəzi mənbələr isə bu sayın 30.000 nəfəri əhatələdiyini iddia ediblər.

ABŞ 1997-ci ildə bu təşkilatı terror təşkilatları sırasına daxil etsə, 2012-ci ildə onları bu siyahıdan çıxarmışdı. Avropa Birliyi isə bu addımı 2009-cu ildə atmışdı.

İran Xalq Mücahidləri təşkilatı indiyə qədər İrandakı rejimə qarşı ən təhlükəli qüvvə sayılır.42-CiParalel.Az