Afinanın mərkəzində bankda bomba partladılıb

{title

"Eurobank”ın Yunanıstanın paytaxtı Afinada yerləşən şöbəsində bomba partlayıb.42-CiParalel.Az xəbər verir ki, Bakı vaxtı ilə təqribən 23.00-da naməlum şəxs "zougla.gr” xəbər saytının redaksiyasına zəng edərək 35 dəqiqədən sonra "Eurobank”ın Santaroza küçəsi, ev 7 ünvanında yerləşən ofisində partlayış baş verəcəyini bildirib.Ofis paytaxtın mərkəzində, Panepistimiu və Stadiu küçələri arasında yerləşir.Polis ərazini nəzarətə götürüb. Zərər çəkənlər barədə məlumat yoxdur.Partlayış bank ofisinə və yaxınlıqdakı binalara maddi ziyan vurub.