26 yaşlı gənc bıçaqlanıb

{title

42-ciparalel.az
 

     Yaralının vəziyyəti orta ağırdır.

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. 26 yaşlı gənc bıçaqlanıb. Rayon sakini, 1989-cü il təvəllüdlü Əli Allahverdi oğlu Vəliyev bıçaq xəsarətləri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Aparılan araşdırmalar zamanı onun həmyerlisi Cəlil adlı şəxs tərəfindən bıçaqlandığı məlum olub. Belə ki, Əli Vəliyev Cəlilin əmisi oğlu ilə mübahisə edib və bu Cəlilin xoşuna gəlmədiyi üçün Əli ilə görüşüb. Onların mübahisəsi qızışıb və Cəlil 26 yaşlı oğlanı bıçalayıb.

Xəstəxanadan yaralının ağır vəziyyətdə gətirildiyini və hazırda vəziyyətinin orta ağır olduğunu bildirdilər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Oktyabr ayının 30-da da Ağdamın 4 Yol - 2 qəsəbəsi ərazisindəki yeməkxanalardan birində bıçaqlanma baş verib.

Ağdam rayonundan məcburi köçkün olan Ramiz Dünyamalıyev Tərtərin Azad Qaraqoyunlu kənd sakini Mustafa Məmmədlini bıçaqlayıb.

Əvvəlcə Zakir Dünyamalıyev onunla mübahisə edib. Daha sonra mübahisəyə Mustafa qarışıb. Mustafa Məmmədlini təhqir etdikdən sonra Zakir bıçağa əl ataraq ona xəsarət yetirib.