Bakıda 29 yaşlı oğlan bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatlna görə, 29 yaşlı İqbal Hüseynov Naxçivanski küçəsində bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıda 4 bıçaq xəsarəti aşkarlayıblar. Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat verilib. Yaralının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.
42-ciparalel.az