Dünyanın təhlükəli cinayətkarları tutuldu

{title

Hər iki cinayətkar bir həftə əvvəl həbsxanadan qaçmışdı.

ABŞ hüquq-mühafizə orqanları bir neçə gün əvvəl Kaliforniya ştatında həbsxanadan qaçan iki təhlükəli cinayətkarı yenidən həbs edə bilib.2-ciparalel.az-ın məlumatına görə, bu barədə Orinc dairəsinin şerifi Sandra Xatçens açıqlama verib. Onun sözlərinə görə, 37 yaşlı Hüseyn Hayeri və 20 yaşlı Conatan Tiu həbsxanadan qaçandan bir hətfə sonra San-Fransisko ştatının polis departamentinin əməkdaşları tərəfindən həbs edilib. Xatçens bildirib ki, Hayeri və Tiu qaçırdıqları ağ rəngli yük avtomobili ilə Los Ancelesdə tutulublar.
Yanvar ayının 22-də Hayeri və Tiu Kaliforniya ştatında Santa-An həbsxanasından qaçmışdılar.

Hüseyn Hayeri (solda) və Conatan Tiu (sağda)
Entoni Hopkinsin "Quzuların sükutu" filmində yaratdığı hanibal-manyak obrazı ilə müqayisə edilən təhlükəli cinayətkar Hüseyn Nayeri İranda anadan olub. Hüseyin Nayeri ABŞ-da dəniz piyada qoşununda hərbi hazırlıq keçib. Nayeri bir sıra qanlı və amansız cinayətlər törədib. Belə ki, 2012-ci ildə Nayeri narkotik ticarəti etdiyi adamı oğurluğuna görə tanınmaz hala düşənə qədər döyüb və ona yanan məşəllə işgəncə verib. Həmin il cinayətkar ABŞ-dan İspaniyaya uçmağa çalışarkən saxlanılıb.

42-ciparalel.az