Qubada 55 yaşlı kişi intihar etdi

{title

 
42-ciparalel.az
 

O, həşarat dərmanı içib

Bu gecə Qubanın İqriq kəndində 55 yaşlı Əhmədxan Haşımov intihar edib.

Ə.Haşımov kimyəvi dərman içib. Yaxınları onu Quba rayon mərkəzi xəstəxanasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Əhmədxan Haşımov yolda keçinib. Quba rayon prokurorluğundan aldığımız məlumata görə, onun Türkiyə istehsalı olan və meyvə bağlarında istifadə edilən həşərat dərmanı içdiyi, zəhərlənmədən dünyasını dəyişdiyi məlum olub.


Ə.Haşımov- intihar edən 

İntihar edən şəxs iki dəfə infarkt keçirib. Ə. Haşımovun maddi durumundan şikayətçi olduğu deyilir. İntihara səbəb kimi də bu göstərilir. Fakta görə Quba rayon prokurorluğunda CM-nin 125- ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İntihar səbəbləri araşdırılır.