Rusiyada azərbaycanlı öldürüldü

Öldürülən kişi Sankt Peterburqda qeydiyyatsız yaşayırmış.
Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib.42-ciparalel.az-ın məlumatına görə, hadisə Sankt PeterburqunKrılenko küçəsindəki bilyard klublardan birində qeydə alınıb. Məlumata görə, Azərbaycan vətəndaşının naməlum şəxslərlə mübahisəsi düşüb və o bıçaqlanıb. Bıçaq xəsarətləri alan yaralı dərhal ağır vəziyyətdə şəhərdə yerləşən Aleksandr adına xəstəxanaya çatdırılsa da, 32 yaşlı kişinin həyatının xilas etmək mümkün olmayıb. Xəstəxanadan onu da bildiriblər ki, Azərbaycan vətəndaşı bıçaqlanmazdan əvvəl döyülüb. Belə ki o, xəstəxanaya gətirilərkən qapalı kəllə beyin və qarının küt travması da almışdı. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfəfindən qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. İlkin məlumata görə, öldürülən kişi həmin şəhərdə qeydiyyatsız yaşayırmış.
42-ciparalel.az