23 yaşlı qız öz evində öldürüldü

{title

Hələlik onun kim tərəfindən öldürüldüyü məlum deyil.
 
Sumqayıtda qətl hadisəsi baş verib.
Sumqayıt Şəhər Prokrurorluğundan42-ciparalel.az verilən məlumata görə, hadisə şəhərinCorat qəsəbəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayevanın yaşadığı evdə cəsədi tapılıb. 
Hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə yerində apardığı araşdırmalar nəticəsində qızın bıçaqla qətlə yetirildiyi məlum olub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Meyit aşkar edilərkən qızın bədəni qan içində olub.
Faktla bağlı Sumqayıt Şəhər Prokrurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Hələlik 23 yaşlı qızın kim tərəfindən öldürüldüyü məlum deyil.

 
42-ciparalel.az