Gəlinini öldürən kişiyə 18 il HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini qətlə yetirməkdə təqsirləndirilən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qeyd edək ki, ötən il iyulun 25-də Qusar rayon sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 38 yaşlı gəlini Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə atəş açaraq öldürüb. Hadisə ailə münaqişəsi zəminində baş verib. 42-ciparalel.az