43 yaşlı kişi özünü bıçaqladı

{title

Onun vəziyyəti ağırdır.
 
Paytaxtın Pirallahı rayonunda müəmmalı bıçaqlanma hadisəsi baş verib. Kişi çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Pirallahı Rayon Polis İdarəsindən 42-ciparalel.az-a verilən məlumata görə, hadisə rayonun 28-ci məhəllə, ev 14 ünvanında qeydə alınıb. 1973-cü il təvəllüdlü Vüqar Yusifov bədəninin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Qarın nahiyəsində bıçaq xəsarətləti olan yaralının üzərində dərhal cərahiyyə əməliyyatı aparılıb.
Əməliyyat edildiyi və vəziyyəti ağır olduğu üçün Vüqar Yusifovun hələlik polis əməkdaşları tərəfindən dindirməsi mümkün olmayıb.
İdarədən onu da bildirdilər ki, ilkin ehtimala görə 43 yaşlı kişi özünü bıçaqlayıb. Ancaq hadisənin dəqiq səbəblərini V. Yusifovun dindirilməsindən sonra müəyyən etmək mümkün olacaq.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bir müddət əvvəl Ağstafada da bənzər hadisə qeydə alınıb. 26 yaşlı oğlan özünü bıçaqlayıb.
Rayonun Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Xəqani Firdövsi oğlu İsgəndərov ailə üzvləri ilə arasında yaranan mübahisə zamanı əsəbləşib və özü-özünə bıçaq zərbəsi endirib. 
Xəsarət alan gənc ailə üzvlərinin köməyi ilə dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona qarının daxilə keçən bıçaq yarası diaqnozu qoyulub. 
 
42-ciparalel.az